Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yerevan polisi silahlı qruplaşma üzvlərini məhkəmə zalından çıxara bilib

 

Ermənistan polisi üç günlük mühasirədən sonra “Sasna tsrer” silahlı qruplaşmasının üzvlərini Yerevandakı məhkəmə zalından çıxara bilib

Yenixeber.org:  Bunu Ermənistan Polisinin mətbuat və təhlil bölməsinin rəisi Edqar Canoyan bildirib.
“Polis əməkdaşları zəncir təşkil edərək məhkumları məhkəmə binasından çıxarıb”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bu qruplaşmanın tərəfdarları bu həftə məhkəmənin binası yerləşən Arşakkunyants prospektini bağlamışdılar. Onlar qruplaşma üzvlərinin sərbəst buraxılmasını tələb edirdilər. “Sasna tsrer”in tərəfdarları həbs olunan qruplaşma üzvlərinin siyasi məhbus hesab edirlər.
Ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışından sonra onlar prospektdəki aksiyanı dayandırsalar da, məhkəmə binasının bütün giriş və çıxışlarını bağlayıblar.
Xatırladaq ki, “Sasna tsrer" qruplaşması 2016-cı il iyulun 17-də Yerevanda post-patrul xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürüb. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da olub. Silahlı qarşıdurmada polis əməkdaşları arasında ölən və yaralananların olduğu da bildirilmişdi.
"Yeni Ermənistan" İctimai Birliyinin rəhbəri Jirayr Sefilyan 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Qruplaşmanın başqa üzvlərinə də 5,5 - 2 il müddətinə həbs cəzası verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam