Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

BNA -"Nəqliyyat Könüllüləri" proqramına başladı

BNA "Nəqliyyat Könüllüləri" proqramına başladı
Dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən könüllülər dövlət qurumlarının fəaliyyətində fəal iştirak edərək öz töhfələrini verməkdədir.
Yenixeber.org: Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən xəbərə görə, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilib.

“Ölkəmizdə könüllülük hərəkatının daha da inkişaf etməsinə Bakı Nəqliyyat Agentliyi "Nəqliyyat Könüllüləri" proqramı ilə öz töhfəsini verməkdədir. Bununla bağlı 2021-ci il üzrə "Nəqliyyat Könüllüləri" proqramına yeni könüllülərin cəlb edilməsi prosesinə start veririk. Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, 18 yaşı tamam olan şəxslər öz CV formalarını 01 aprel 2021-ci il tarixinədək konullu@bna.az elektron ünvanına göndərə bilərlər. Seçilən könüllülər müsahibə mərhələsinə dəvət ediləcəklər, müsahibə mərhələsini keçən könüllülərə mail vasitəsilə məlumat veriləcəkdir”, - deyə qeyd olunub.

Bildirilib ki, "Nəqliyyat Könüllüləri"ni qarşıda maraqlı bir proqram gözləyir: “Keçiriləcək təlimlər, təcrübə proqramı və təqdimatlar zamanı könüllülər bilik və bacarıqlarını inkişaf etdirəcək, mövcud vəziyyətin qaydalarına uyğun olaraq Agentliyin həyata keçirəcəyi müxtəlif sosial layihələrə, aksiyalara qatılacaq və tabeli qurumlarda təcrübə səfərlərinə yollanacaqlar. 2 ay müddətində müvafiq şöbələrdə və tabeli qurumlarda təcrübə keçən könüllülərə qiymətləndirmələrin nəticələrinə uyğun olaraq sonda sertifikatlar təqdim ediləcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam