Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Azərbaycan Könüllü Təşkilatları İttifaqı yaradıldı-FOTO

 

 Ölkəmizdə könüllülük hərəkatının daha geniş vüsət alması və səmərəliliyinin gücləndirilməsi məqsədilə avqustun 20-də Azərbaycan Könüllü Təşkilatları İttifaqının təsis konfransı keçirilib.
Yenixeber.org: Azərbaycan Gənclər Fondundan verilən məlumata görə, ittifaqın yaradılması Azərbaycan Respublikasının Prezidentİlham Əliyevin çağırışına cavab olaraq koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara töhfə vermək məqsədilə formalaşdırılmış və bu müddət ərzində öz effektliyini sübut etmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin keyfiyyətcə yeni mərhələyə adlaması zərurətindən və sosial sifarişdən irəli gəlir. Məhz bu zərurətdən çıxış edərək könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə artıq Mərkəzin hüquqi şəxs olaraq qeydiyyatdan keçirilməsi məqsədəuyğun hesab edilib.

İttifaqın missiyası Azərbaycanda könüllülük hərəkatının inkişafı üçün münbit şəraitin yaradılmasına dəstək vermək, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə yaxın olan könüllülüyün Azərbaycanda gündəlik həyat normasına çevrilməsinə nail olmaqdır. İttifaqın məqsədləri kimi ölkəmizdə könüllü fəaliyyətinin təşkilatçılarının əlaqələndirilməsi və ictimai faydalı fəaliyyətlərin təşkili üçün səylərinin birləşdirilməsi, könüllülük sahəsində sektorlararası əməkdaşlığın möhkəmləndirilməsi, könüllü təşkilatlarına təşkilati, hüquqi, məsləhət, məlumat və s. dəstəyin göstərilməsi, İttifaqın iştirakçılarının mənafelərinin dövlət qurumları qarşısında təmsil və müdafiə edilməsi, könüllü təşkilatları və dövlət qurumları arasında körpü rolunun oynanılması, könüllülüyün təşviqi və təbliği, könüllülük sahəsində beynəlxalq (ikitərəfli və çoxtərəfli) əməkdaşlığın qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın təcrübəsinin dünyada təşviqi müəyyən olunub.

Azərbaycan Könüllü Təşkilatları İttifaqı öz fəaliyyətini dövlət qurumları və yerli özünüidarəetmə orqanları, maraqlı dövlət və bələdiyyə müəssisələri, qeyri-hökumət təşkilatları və eyni zamanda digər könüllü fəaliyyətinin təşkilatçıları, gənclərlə iş sahəsinin iştirakçıları, biznes və ictimaiyyət nümayəndələri ilə sıx əməkdaşlıqda qurmağı nəzərdə tutur.

Təsis Konfransında İttifaqın nizamnaməsi təsdiq olunub və İttifaqın dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunması ilə bağlı qərar qəbul olunub. Keçirilən səsvermə nəticəsində İttifaqın İdarə Heyətinin və Mərkəzi Nəzarət Təftiş Komissiyasının tərkibi də müəyyən olunub.

Növbəti bir il ərzində İttifaqın sədri vəzifəsinə Tural Hümbətov, sədr müavinləri Canoğlan İlyasov və Ruslan Mirzəliyev seçiliblər.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvləri “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, "Diplomatiya Könüllüləri" Qrupu, “Gənc Könüllülər” Hərəkatı, "Azərbaycan Diaspor Könüllüləri" Proqramı, "SƏLİS Könüllüləri" İctimai Birliyi, "Ədliyyə Könüllüləri" İctimai Birliyi, "Könüllü Qida Nəzarətçisi" Proqramıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam