Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bəhram Bağırzadədən çağırış -“Düşünün və düzgün seçim edin!”

Bəhram Bağırzadədən çağırış:  “Düşünün və düzgün seçim edin!”
Əməkdar artist Bəhram Bağırzadə koronavirus əleyhinə peyvənd olunmaqla bağlı cəmiyyətə çağırış edib.
Yenixeber.org: Bir müddət əvvəl koronavirusdan sağalan aktyor bildirib ki, cəmiyyət iki hissəyə bölünüb – bəziləri peyvənd tərəfdarlarıdır, digərləri isə peyvənd olunmaq istəmirlər:

“Bu mövzuda sizə məsləhət vermək fikrində deyiləm. Ancaq kimsə mənə özümə peyvənd vurduracağım barədə sual verərsə, heç bir tərəddüd etmədən cavab verəcəyəm: “Bəli, bəli və yenə də bəli!!!

Yalnız mən yox, ailəmin bütün üzvləri. Üstəlik dünən təxminən 65 yaşında olan çox yaxın qohumlarımdan biri artıq peyvənd olunub.

Bunu sizə 52 gününü klinikada və onun da 20 gününü komada keçirən bir insan kimi deyirəm. Heç kimə belə bir təcrübə arzulamaq istəməzdim. Buna görə düşünün və düzgün seçim edin.

Uca Allah dünyanın bütün insanlarını qorusun!”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam