Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Akopyanın yardım fırıldağı -Amerika ermənilərini qəzəbləndirib

Akopyanın yardım fırıldağı Amerika ermənilərini qəzəbləndirib
Ermənistan mətbuatı Amerika ermənilərinin 2020-ci ildə müharibə nəticəsində yaralanan və ya əlil qalan əsgərlərə protezlər alınması üçün xeyli pul topladığını yazıb.
 Yenixeber.org: Məsələnin maraqlı tərəfi həmin vəsaitin Ermənistanda Paşinyan ailəsinin yardımı adıyla istifadə edilməsidir.

Erməni qəzetlərindən biri Amerikadakı mənbələrinə istinadla yazır ki, səlahiyyətlilər bu pulları öz adlarına, daha doğrusu, ABŞ-da olan baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın "ayağına yazmaq" istəyirlər. Təəssürat yaratmağa çalışırlar ki, yardım üçün ayrılan vəsait guya Akopyanın şəxsi təşəbbüsü və cəhdləri sayəsində yığılıb.

İddiaya görə, Akopyan bu istiqamətdə Amerikada xüsusi kampaniyalar, tədbirlər təşkil etməyi planlaşdırır ki, oradan da yığılacaq vəsaitlərdən gələcəkdə öz piarı üçün istifadə etsin:

"Əldə etdiyimiz məlumata görə, bu cür hallar Amerikadakı erməni icmasının əksəriyyətinin çaşqınlığına və qəzəbinə səbəb olub. Bir çox insan belə tədbirlərin keçirilməsinin əleyhinədir. Çünki onlar həm mövcud hökumətlə əlaqəli olmaq istəmədiklərini, həm də Anna Akopyanın və digər səlahiyyətlilərin təşəbbüs göstərdikləri "pul yığımı kampaniyalarında" iştirak etmədiklərini bildirirlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam