Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyan arvadını -generalların yanına göndərirmiş

Paşinyan arvadını generalların yanına göndərirmiş
Ermənistan baş naziri Nikol Paşinyan özü həyat yoldaşı Anna Akopyana “Qarabağ müdafiə ordusu” qərargahının iclasının keçirildiyi bunkeri ziyarət etməyi tapşırıb.
Yenixeber.org: Bu barədə Paşinyan Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri Movses Akopyanın açıqlamalarına münasibət bildirərkən deyib.

"Həyat yoldaşım mənim göstərişimlə Xankəndində generalları ziyarət etdi. Ermənistanın baş nazirinin ailə üzvünün səfərini hərbçilər dəstəkləməli və ruh yüksəkliyi yaratmalı idi. Həyat yoldaşım Xankəndindəki sığınacaqlarda qida və su paylanması ilə şəxsən məşğul olurdu.

Kim söylədi ki, baş nazir ailəsinin üzvü mülki əhalinin 70% -nin tərk etdiyi şəhərdə olmalıdır? Məgər bombardman altında olan Xankəndi Baden-Baden kurortuna bənzəyirdi?”.

Paşinyan təmas xəttinin cənub istiqamətindəki hərbi əməliyyatların uğursuzluğunda general Akopyanın günahkar olduğunu bildirib: "Cəbhənin cənub istiqamətində iflasa uğrayan general, bir neçə il əvvəl müdafiə nazirliyinin büdcəsindən 42 milyon pul mənimsənilməsi səbəbiylə başladılan cinayət işində ittiham olunduğunu unudaraq mətbuat konfransı keçirir”.

Bundan əvvəl Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi general-polkovnik Movses Akopyan komanda məntəqəsinə Anna Akopyanın gəlməsindən danışmışdı: "Monitorda oturub döyüşün qeydinə baxırdı. General-leytenant Samvel Babayan da orada idi. Ancaq sual vermədi və heç nə demədi. General ona yaxınlaşdı və dedi ki, burada olmamalısan".

Akopyana görə, bu hadisədən sonra Paşinyanın adından onun Qarabağ “müdafiə ordusunun” komanda məntəqəsinə gəlməsi qadağan edilib.

Xatırladaq ki, məlum açıqlamalarından sonra M.Akopyana cinayət işi açılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam