Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Zəfər ili: 2020-nin ən önəmli hadisələri - FOTOLAR

 

Artıq 2020-ci il sona çatır. Geridə qoyduğumuz il ərzində Azərbaycan üçün bir sıra mühüm və tarixi hadisələr baş verdi. Yola saldığımız 2020-ci il həqiqətən də ölkəmizin tarixinə şanlı səhifə kimi yazıldı.
Şübhəsiz ki, bu ilin ən böyük hadisəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması oldu.

30 ilə yaxın həsrətində olduğumuz Qarabağ işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olundu. 2020-ci ildə yadda qalan digər mühüm hadisə bütün dünyanı ağuşuna alan koronavirusun yayılmasıdır və təəssüf ki, bu bəla Azərbaycandan da yan keçmədi.

Cari ilin digər yadda qalan hadisələrinin xronikasını təqdim edirik:

İlin əvvəlində Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması haqqında niyyət protokolu imzalandı. Yanvarın 21-də baş tutan bu hadisə dünya mətbuatının da diqqətini çəkdi.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşündə Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalamışdı.



Fevral ayı Azərbaycanda Milli Məclisə keçirilən seçkilərlə yadda qaldı. Fevralın 9-da baş tutan seçkilər zamanı 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə apardı.



Daha sonra ilin diqqət çəkən mühüm hadisələrindən biri də Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması oldu.

Martın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzaladı və Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.



Aprel ayı Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi ilə yadda qaldı.

Xatırladaq ki, 10 aprel tarixində Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan fövqəladə Zirvə görüşü keçirilmişdi.



Digər mühüm beynəlxalq tədbir Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsi oldu.

Mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilmişdi.



Həmçinin Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı da ilin diqqət çəkən hadisələrindəndir. 7 may tarixində Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva etmişdilər.



Bu il Ermənistan ordusunun genişmiqyaslı təxribatları ilə xatırlanacaq. Belə ki, ilk geniş təxribat cəhdi Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi cinayətlər oldu.

Xatırladaq ki, 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi və kəndləri atəşə tutublar. Həmin vaxt Azərbaycan Ordusu tərəfindən görülən adekvat tədbirlər nəticəsində düşmən itki verərək geri oturdulub.



İlin yadda qalan mühüm iqtisadi hadisələrindən biri isə “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınmasıdır.

Qeyd edək ki, avqustun 10-da Prezident İlham Əliyevin iştirakı ilə “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi keçirilib.



Nəhayət, 2020-ci ilin mühüm hadisəsi Vətən müharibəsinin başlanması idi. Müharibə Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribat törətməsindən sonra başladı. Belə ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri cəbhəboyu təxribatlar törədərək nəinki hərbi hədəfləri, mülki əhalini, yaşayış məntəqələrini atəşə tutdular. Düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək bu barədə məlumat verdi. Hərbi əməliyyatların ilk günü Murovdağ və Ağdərə istiqamətlərində strateji yüksəkliklər və bir sıra kəndlər işğaldan azad olundu.



Bundan sonra Azərbaycan tarixinə qızıl hərflərlə yazılan digər azadetmə əməliyyatlarına start verildi. Oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi işğaldan azad edildi.



Oktyabrın 9-da Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir neçə kəndi işğaldan azad olundu. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi.



Təəssüf ki, bu il ermənilərin ağır hərbi cinayətləri ilə də yadda qalır. Belə ki, oktyabrın 11-də Gəncə şəhərinə ballistik raketin atılması dünya mətbuatının gündəminə çevrildi.

Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak oldu, 35-dən çox şəxs yaralandı, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydi.



Ermənistan silahlı qüvvələri bununla kifayətlənmədilər oktyabrın 17-də Gəncəyə ikinci dəfə ballistik raket atdılar. Baş Prokurorluğun yaydıı məlumatına görə, düşmənin Gəncəyə xain hücumu nəticəsində 13 nəfər həlak oldu, 48-dən çox şəxs xəsarət aldı, çoxsaylı mülki infrastruktur obyektinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.



Oktyabr ayı Füzulinin işğaldan azad edilməsi ilə də yadda qaldı. Ayın 17-də Füzuli şəhəri və rayonun bir neçə yaşayış məntəqəsi işğalçılardan azad olundu və yenə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı xalqa tarixi müraciət ünvanladı.



Bir gün sonra Azərbaycan xalqı Xudafərin xəbəri ilə bayram əhvalına büründü. Belə ki, ordumuz məşhur, tarixi Xudafərini işğalçılardan azad edib körpü üzərində Azərbaycan bayrağı qaldırdı. 18 oktyabr Azərbaycan Silahlı Qüvvələrinin qədim Xudafərin körpüsünün üzərində şanlı bayrağımızı qaldırdığı gün kimi tarixə düşdü.



Bu qürurlu hadisədən çox keçməmiş Zəngilan şəhəri işğaldan azad olundu. Belə ki, oktyabrın 20-də Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edildi.



Ardınca Qubadlı şəhərinin işğalçılardan azad olunması xəbəri Azərbaycan xalqını sevindirdi. Oktyabrın 25-də Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin özünü işğalçılardan azad etdi.



Təəssüf ki, oktyabr daha bir erməni vəhşiliyi və hərbi cinayəti ilə tarixə düşdü. Ayın 28-də Ermənistan ordusu Bərdə şəhərini raket atəşinə tutdu.

Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələri Bərdəni "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutması nəticəsində 21 dinc sakin həlak oldu, 70-dən çox şəxs isə bədən xəsarəti aldı. Çoxsaylı mülki infrastruktur obyektinə, evlərə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.



Noyabr ayı ilk olaraq Şuşanın işğaldan azad olunması ilə tarixə düşdü. 8 noyabr tarixində Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhəri işğaldan azad olundu.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdilər. Dövlətimizin başçısı Şəhidlər xiyabanında bu münasibətlə Azərbaycan xalqına müraciət etdi.



Bir gün sonra işğal altındakı daha 71 kənd, 1 qəsəbə və 8 strateji yüksəklik işğalçılardan təmizləndi. Vətən müharibəsinin 44 günü ərzində - sentyabrın 27-dən noyabrın 9-dək rəşadətli Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etdi.



Nəhayət, noyabrın 10-da Qarabağda atəşkəs barədə üçtərəfli bəyanat imzalandı. Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları Dağlıq Qarabağ münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə olan bəyanat Ermənistanın kapitulyasiya aktı kimi tarixə yazıldı.



Noyabr ayı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın uzun illərdir ki, həsrətində olduğumuz Füzuli və Cəbrayıla səfər etmələri ilə yadda qaldı. Xatırladaq ki, noyabr 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində oldular. Prezident Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verdi.



20 noyabr tarixində üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verildi. Həmin gün Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil oldular və Ağdam şəhərinə dövlət bayrağımız sancıldı.



Noyabrın 23-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərinə gəldilər və dövlətimizin başçısı Ağdam məscidinin qarşısında tarixi çıxış etdi.



Noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Həmin gün Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil oldular və bu münasibətlə Prezident İlham Əliyev xalqa müraciət ünvanladı.



Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Həmin gün Azərbaycan Ordusunun bölmələri Laçına daxil oldu və rayonda Azərbaycanın dövlət bayrağı qaldırıldı. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.



Dekabrın 3-də Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ilin mühüm siyasi hadisələrindən oldu.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videoformatda Xüsusi Sessiyası keçirildi. Prezident İlham Əliyev sessiyada geniş şəkildə çıxış etmişdi.



Bakıda Zəfər paradının keçirilməsi isə 2020-ci ilin ən qürurlu tarixi hadisələrindən biri idi. Dekabrın 10-da baş tutan Zəfər paradı Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuşdu. Bu tarixi paradda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva il yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak etdilər.



2020-ci ilin son günlərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanının Qubadlı və Zəngilan rayonlarına səfər etməsi ilin unudulmaz hadisələri sırasındadır.

Məlumat üçün bildirək ki, səfər 23 dekabr tarixində baş tutdu. Müzəffər Ali Baş Komandan Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndində hərbçilərlə görüşdü, Qubadlıda və Zəngilanda Azərbaycan bayrağını ucaltdı.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam