Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Paşinyanın Azərbaycanın şərtlərini qəbul etməsi müharibəni dayandıra bilər -Deputat

Paşinyanın Azərbaycanın şərtlərini qəbul etməsi müharibəni dayandıra bilər - Deputat

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu doğma torpaqlarımızı azad etməyə davam edir. Əminəm ki, çox yaxın vaxtda biz tarixi ədaləti bərpa edəcəyik.

Yenixeber.org: Bunu Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, 30 ilə yaxın bir vaxtda həm münaqişənin həllinə məsul olan beynəlxalq təşkilatların fəaliyyətsizliyi, həm də Ermənistanın dağıdıcı hərəkətləri və təxribatları nəticə etibarı ilə ikinci Qarabağ müharibəsinin, azərbaycanlılar üçün Vətən müharibəsinin başlanmasına səbəb oldu:

“Erməni təxribatı ilə başlayan əks-hücum əməliyyatı nəticəsində artıq işğal altında olan bir sıra yaşayış məntəqələrimiz azad olunub. Azərbaycan ordusu tarixə düşəcək hərbi əməliyyatlar keçirərək ərazi bütövlüyümüzü bərpa edir. Ali Baş Komandanın da dediyi kimi biz öz torpaqlarımızda vuruşuruq, bizim heç kimin torpağında gözümüz yoxdur.

Ermənistan hər zaman öz ordusunu Qafqazın ən güclü ordusu adlandırırdı. Onlar üçün məğlubedilməz ordu sayılan, əslində isə başıpozuq birləşmələrdən başqa bir şey olmayan bu qruplaşmalar şanlı ordumuzun elə ilk həmləsi zamanı darmadağın edildi. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu arasındadır. Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna hər zaman xüsusi diqqət göstərib.

Güclü strateq olan Prezident İlham Əliyev yaxşı bilirdi ki, güclü ordu Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən məsələlərdəndir. Çünki 20 faiz torpqalarımızı işğal edən və sanki bununla da kifayətlənməyərək yeni ərazi iddialarına düşən terror dövləti olan Ermənistan qonşuluğumuzdadır. İkinci Qarabağ müharibəsi isə real mənzərəni ortaya qoydu. Azərbaycan ordusunun həm müasir silahları, həm döyüş idarəçiliyi, ən əsası isə zabit və əsgərlərimizin fədakarlığı, əzmi və peşəkarlığı qısa vaxt çərçivəsində Ermənistan üçün kabusa çevrildi.

Ermənistanı ən çox qorxuya salan məqamlardan biri də Azərbaycan cəmiyyətinin Ali Baş Komandan ətrafında bir yumruq kimi birləşməsidir. Məhz bu səbəbdən də ənənəvi xislətlərinə sadiq qalan terror dövləti və onun başıpozuq baş naziri Azərbaycan ərazisində terror aktları keçirməyə başladı. Gəncə, Bərdə, Tərtər, Beyləqan, Ağcabədi və.s cəbhədən uzaq ərazilərimizdə mülki əhaliyə qarşı qadağan olunmuş bombalardan da istifadə etməklə terror aktları törədildi, onlarla insan, o cümlədən qadınlar və uşaqlar həlak oldu.

Şübhəsiz ki, bu hücumlar Paşinyanın xəbəri olmadan reallaşa bilməzdi. Daxildə ciddi narazılıqlarla üzləşən Paşinyan həm daxili auditoriyanı sakitləşdirmək, həm də Azərbaycan cəmiyyətində qorxu yaratmaq üçün belə hücumlar həyata keçirdi. Amma Azərbaycan əhalisi nəinki qorxdu, əksinə daha da birləşərək ordumuza və Ali Baş Komandana dəstək oldu. Bütün cəbhələrdə, o cümlədən dünya mediasında məğlub və biabır olan Paşinyan çarəni dünya liderlərini bezdirməkdə gördü. Gün ərzində bir neçə dövlət və hökumət başçılarına dəfələrlə zəng edərək onları bezdirən Paşinyan axtardığı çarəni onlarda da tapa bilmədi. Əslində Paşinyanın Azərbaycanın şərtlərini qəbul etməsi kifayət edər ki, müharibə dayansın.

Paşinyan nə qədər tez bu reallığı qəbul etsə, hər şey onun və Ermənistan üçün o qədər yaxşı olar. Ali Baş Komandan dünyanın nüfuzlu KİV-lərinə Azərbaycanın haqlı mövqeyini çatdırmaqla bu cəbhədə də ortaya olduqca peşəkar mövqe qoydu. Təsadüfi deyil ki, son bir ay ərzində dünyanın aparıcı KİV-lərində haqqında ən çox söhbət edilən 10 dövlət başçısı sırasında Prezident İlham Əliyevin də adı var. Biz Ali Baş Komandanın rəhbərliyi altında bütün işğal olunmuş ərazilərimizi azad edəcəyik. Heç kim bizi haqlı mövqeyimizdən yayındıra bilməz. Qarabağ Azərbaycandır!”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam