Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Ermənistanda hərbçilərə cinayət işi açıldı-Saxlanılanlar var

Ermənistanın müdafiə nazirliyi tərəfindən bir sıra hərbçilərə cinayət işi açılıb, saxlanılanlar var.
Yenixeber.org: Bu barədə Ermənistan müdafiə nazirliyinin İtkin düşmüş və əsir götürülmüş şəxslər komitəsinin sədri, polkovnik Vitali Voskanyan deyib.

O bildirib ki, Qarabağdakı döyüşlər zamanı hərbi qulluqçuların əsassız ölümünə səbəb olan zabitlər arasında da tutulan şəxslər var.

"Hərbçilərin əsassız ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var".

Onun sözlərinə görə, Cəbrayıl istiqamətindəki hərbi hissə zabitlərinə qarşı cinayət işi başlanıb, bunun çərçivəsində kifayət qədər dəlil toplanıb. Erməni polkovnik bəzi şəxslərə qarşı cinayət işlərinin başladıldığını və bəzilərinin əməllərində cinayət tərkibi olduğunu qeyd edib.

"Topladığımız bütün materiallar İstintaq Komitəsinə göndəriləcək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam