Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Nərimanov rayonunda Novruz şənliyi təşkil edilib

 

Bu gün K.Rəhimov 3A ünvanında yerləşən parkda Novruz bayramı münasibəti ilə minlərlə sakinin qatıldığı bayram mərasimi keçirilib

 

"Xeberinfo.com":  Mərasimdə, eyni zamanda rayonda yerləşən təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərginin nümayişi olub. Sərgidə qədim el adət-ənənələrimiz və Novruz rəmzləri olan səməni, müxtəlif şirniyyat nümunələri ilə bəzədilmiş bayram xonçaları və milli mətbəximizin ləziz təamları göz oxşayıb. Bayramın əsas personajları olan Kosa və Keçəlin çıxışı tədbirə zövq qatıb. İncəsənət ustalarının baharı, ölkəmizi tərənnüm edən mahnıları ətrafa yayılaraq bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi abidələrimiz, milli-mənəvi dəyərlərimiz və qədim adət-ənənələrimizin qorunmasına daim diqqət və qayğı ilə yanaşdığı, eyni zamanda Ulu Öndərin bu istiqamətdə yürütdüyü siyasətin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi qeyd edilib.  
Daha sonra alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti maraqlı anlar yaşadıb.

 

Qeyd edək ki, bayram tədbirinin keçirildiyi parkın açılışı ötən ilin dekabr ayında dövlətimizin başçısının iştirakı ilə baş tutmuşdur.


     
       
     
     
     
     
     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam