Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

BMT-nin binası qarşısında Gəncə hadisələri ilə bağlı aksiya keçirilir-FOTOLAR

 

 Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu-York şəhərində, Birləşmiş Millətlər Təşkilatının binası qarşısında "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") şüarı ilə izdihamlı aksiya keçirilir.

Yenixeber.org: Yerli büromuz xəbər verir ki, aksiyada Azərbaycan, türk diaspor təşkilatlarının nümayəndələri, ABŞ-ın müxtəlif şəhər və ştatlarında, xüsusilə Nyu-York, Boston, Nyu-Jersi və Vaşinqtonda yaşayan Azərbaycan icmasının aktiv üzvləri iştirak edirlər.

Əllərində Azərbaycan və Türkiyə bayraqları, eyni zamanda Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər tutan, şüarlar səsləndirən yüzlərlə həmvətənimizin toplandığı qərargah binasının önündə BMT-dən Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb edilib.

Azərbaycan-Nyu-York Assosiasiyasının prezidenti Ercan Yerdelenli aksiya iştirakçıları qarşısında çıxış edərək beynəlxalq təşkilatdan Ermənistanın oktyabrın 17-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə dinc insanlara qarşı törətdiyi qanlı hücumların hesabını sormağa çağırıb. O qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyması üçün BMT-yə üzv ölkələr üzərlərinə düşən məsuliyyəti dərk etməli və bu işdə Azərbaycanla birlik nümayiş etdirməlidir.(report)

Vüsalə Abbasova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam