Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-ın bu şəhərində də Ermənistan əleyhinə aksiya keçirilib-FOTO

 

 ABŞ-da Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində yaşayan soydaşlarımız Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz olaraq aksiya keçirib.

Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya Atlanta və Alabama şəhərində yaşayan soydaşlarımızın təşkilatçılığı ilə baş tutub.

Corciya dövlətinin qanunverici orqanı üzvlərinin (senatorların) fəaliyyət göstərdiyi Konqres binasının qarşısında keçirilən aksiya Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb.

Tədbirdə soydaşlarımız tərəfindən “Ermənistanın işğalçı siyasətinə son!”, “Qarabağ Azərbaycandır!”, “Ermənistan terrorçudur” və sair şüarların yazıldığı plakatların, Tovuz cəbhəsində hərbi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi aksiyada Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib. Aksiya iştirakçıları hərbi təxribatlar zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçilərinin və mülki vətəndaşlarının əziz xatirəsini yad edib.

Aksiyada Azərbaycan dövlətinə və ordusuna dəstək ifadə olunub, əzəli torpaqlarımız olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistanın işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün qətiyyətli addımlar atılması tələbi ilə Konqres üzvlərinə çağırış edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam