Redaktor seçimi
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Günün xəbəri

Sabah hava necə olacaq? –Proqnoz

Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz  22-25, Bakıda gecə 12-14, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz  olacaq.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir  duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 13-18, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz  9-13 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam