Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Ordumuz daha bir mükəmməl taktiki məşğələ keçirdi

 

Mühəndis istehkamçıların təlim mərkəzində mühəndis bölmələri ilə taktiki məşğələ keçirilib.

"Xeberinfo.com":  Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd müharibə zamanı mühəndis-istehkam təminatı ilə bağlı müasir silah və texnikalar tətbiq edilməklə tapşırıqların uğurla yerinə yetirilməsi olub. Məşğələ üç mərhələdə icra edilib.

Birinci mərhələdə körpü salmaqla su maneələrinin keçilməsi praktiki olaraq yerinə yetirilib. Panton-körpünü açmaq məqsədilə əvvəlcə suda kəşfiyyat aparılaraq maneənin uzunluğu, eni və dərinliyi müəyyən edildikdən sonra çay və sahil dəstələri vasitəsilə körpü salınıb.

Təlimin ikinci mərhələsində cəmləşmə rayonunda silahlanmaya yeni qəbul olunan texnikalar nümayiş olunub. Təlim iştirakçıları praktiki bilik və bacarıqlarını təkmilləşdirərək silahlanmaya qəbul edilən texnikaların taktiki-texniki xüsusiyyətləri haqqında məlumatlar əldə ediblər.

Üçüncü mərhələdə isə maneəqurma, maneələğvetmə və mühəndis-yol bölmələri verilən tapşırıqları vaxtında və bacarıqla yerinə yetiriblər.

Təlim müvəffəqiyyətlə başa çatdıqdan sonra fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam