Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Əfqanıstan şirkətinin Azərbaycandan aldığı -maye qaz gömrükdən buraxılmadı

Əfqanıstan şirkətinin Azərbaycandan aldığı maye qaz gömrükdən buraxılmadı

Əfqanıstanın özəl şirkətlərindən birinin Azərbaycandan idxal etdiyi 60 tanker (söhbət maye qaz daşımaq üçün dəmiryol sisternlərindən gedir,-red.) maye qaz gömrükdə saxlanılıb və ölkəyə buraxılmır.

Yenixeber.org: Buna səbəb maye qazın olduqca keyfiyyətsiz olması və Əfqanıstan standartlarına cavab verməməsidir.

Yerli “TOLOnews” portalının bildirdiyinə görə, hazırda həmin maye qaz dolu tankerlər Əfqanıstanın qərbi Herat əyalətinin Türkmənistanla sərhəddə yerləşən Torqundi sərhəd-keçid məntəqəsində, gömrükdə saxlanılır. Sənədlərə əsasən idxal edilən qaz Əfqanıstanın tələblərinə cavab vermir. Rəsmi şəxslər deyiblər ki, tankerlər Torqundi gömrüyünə bir neçə gün əvvəl daxil olub. Məmurlar bildiriblər ki, “Omran Shukran” adlı özəl şirkət tərəfindən idxal edilən qaz istifadə üçün “təhlükəlidir” və onlar qazın ölkəyə daxil olmasına mane olacaqlar.

Əfqanıstan hökumətinin idxal qaz üçün tələblərinə əsasən onun tərkibində butan 60-70 faiz təşkil etməlidir. Qalan 30-40 faizi isə propandan ibarət olmalıdır. Lakin həmin şirkətin idxal etdiyi qazın keyfiyyətini yoxlayan zaman məlum olub ki, onun tərkibində propanın səviyyəsi cəmi 10 faizdir, butan isə ümumiyyətlə, sıfır faizdir.

“Normativlərə və standartlara nəzarət edən orqanlar idxal edilən qazı ölkə sərhədlərində yoxlayır, əgər idxal edilən yanacaq aşağı keyfiyyətdə olarsa onlar həmin malı geri qaytarırlar, əgər standartlara uyğun olarsa ölkəyə buraxırlar”,-Herat qubernatorunun mətbuat katibi Cailani Fərhad bildirib.

Herat vilayətinin norma və standartlar üzrə İdarəsinin rəhbəri Xeybər Musmir isə bildirib ki, onlar hələlik Azərbaycandan idxal edilən həmin 60 tanker qazın keyfiyyətini yoxlamayıblar.

Məlum olub ki, şirkət Azərbaycandan cəmi 700 tanker maye qaz alıb və yaxın günlərdə onu Əfqanıstana idxal etmə istəyir.

“Əgər Herata daha aşağı keyfiyyətli qaz daxil olsa o, bazarda daha dürüst işləyənlərin diqqətini cəlb edəcək”,-Heratın ticarət-investisiya palatasının rəhbərinin müavini Abdulla Dəşti belə deyib. Qazı idxal edən şirkətin nümayəndələri isə jurnalistlərin suallarına cavab verməyiblər.(Virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam