Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Azərbaycanda -virusa yoluxanların sayı niyə sürətlə artır?

Azərbaycanda virusa yoluxanların sayı niyə sürətlə artır?

İyunun 21-dən etibarən Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin rejimi Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində, həmçinin Abşeron, Masallı və Yevlax rayonlarında sərtləşdirilib. Buna baxmayaraq infeksiyaya yoluxma sayında azalma yoxdur. Əksinə xüsusi karantin rejiminin sərtləşdirilməsində koronavirusa yoluxanların sayı artıb. Dünən isə yoluxma rekord həddə çatıb: 590 nəfər. 

Yenixeber.org: Bu isə xüsusi karantin rejiminin sərtləşdirilməsi taktikasının effektiv olmadığı qənaətini yaradıb. Doğrudur, bu məsələdə vətəndaşların məsuliyyətsizliyini də önə çəkənlər var. Onların fikrincə, yolxuma sayının artması insanların qaydalara riayət etməməsi ilə bağlıdır. 

Ölkə başçısı İlham Əliyev də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında koronavirusla mübarizəyə xüsusi diqqət çəkib. O qeyd edib ki, dövlət bu bəlanın qarşısını almaq mümkün olan bütün tədbirləri görür. Koronavirusla mübarizə çərçivəsində təkcə insanların sağlamlığı deyil, həm də sosial vəziyyətləri düşünülür və bununla bağlı tədbirlər görülür. Ölkə başçsı bildirib ki, vətəndaşlar da məsuliyyətli olmalı, xüsusi karantin rejiminin qaydalarına riayət etməyənlər ictimai qınaqla üzləşməlidirlər. 

Bununla belə, yoluxmanı artıran başqa səbəblərin olduğunu düşünənlər də var.

Həkim Rasif Bağırov Yenisabah.az-a açıqlamasında bildirib ki, yoluxmanı artıran səbəblərdən biri ictimai nəqliyyatın iş qrafikinin düzgün tərtib edilməməsidir. “Xüsusi karantin rejimi sərtləşdiriləndən sonra əhali seyrəlib. İnsanların əhəmiyətli hissəsi küçəyə çıxmır, yaxud zəruri hallarda çıxır. Paytaxt Bakıda əvvəlki kimi sıxlıq yoxdur. Bu baxımdan, ictimai nəqliyyatın iş qrfaiki də buna uyğun qurulub. Yəni, 5 dəqiqəyə gələn avtobuslar 15-20 dəqiqə ləngiyirlər. Bu, dayanacaqda sərnişin sayının artması üçün edilir. Beləliklə də nəqliyyatda sıxlıq yaranır və ən dəhşətlisi də budur ki, sərnişinlər tibbi maskadan istifadə etmir. Oxşar hal metroda da müşahidə olunur. Metro əvvəlki rejimdən fərqli olaraq bir qədər ləngiyir. Stansiyada sərnişinlərin sayı artır, bu da qatarlarda basabasa səbəb olur. Belə halda əlbəttə ki, yoluxanların sayı artacaq”, - deyə Rasif Bağırov vurğulayıb.

Müsahibimiz hesab edir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələyə xüsusi diqqət yetirməlidir. “İctimai nəqliyyat qaydasına salınmasa, karantin rejiminin sərtləşdirilməsi effektiv olmayacaq. Marşrut sahibləri pul qazanmağın dərdindən sıxlıq yaradırlar. Onlara bu barədə xəbərdarlıq edilməlidir ki, əvvəlki qaydada işləsinlər. O zaman marşrutlarda xıslıq olmayacaq. Əgər inanmırlarsa, “20 Yanvar”, “Əzizbəyov” metrostansiyalarının yaxınlığında müşahidə aparsınlar. Onda görəcəklər ki, avtobuslarda necə sıxlıq var”, - deyə Rasif Bağırov əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam