Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Yaşı 65-dən yuxarı olan AMEA əməkdaşlarının işə çıxmalarına qadağa qoyuldu –Ramiz Mehdiyevdən sərəncam

AMEA prezidenti, akademik Ramiz Mehdiyev “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının iş rejimində məhdudiyyətlərin tətbiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Yenixeber.org: Sərəncama əsasən, AMEA-nın elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 20 faizindən çox olmamaq şərti ilə həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsinə icazə verilir.

Sənəddə, həmçinin iş rejiminin saat 10:00-dan 19:00-dək müəyyən olunması və yaşı 65-dən yuxarı olan işçilərin işə cəlb edilməsinə yol verilməməsi qeyd olunub.

Sərəncamda işə cəlb edilmiş işçilərin “COVID-19” infeksiyası ilə bağlı sanitar-epidemioloji qaydalara və karantin şəraitinin tələblərinə ciddi riayət etmələrinin təmin edilməsi, eləcə də yay mövsümü üzrə əmək məzuniyyəti qrafikinə uyğun olaraq işçilərə əmək məzuniyyətinin verilməsinin həyata keçirilməsi də əksini tapıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün sözügedən şəhər və rayonların ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam