Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Azərbaycanlı Rusiyada yanan maşından gənci xilas etdi- VİDEO

Azərbaycanlı Rusiyada yanan maşından gənci xilas etdi -  VİDEO
Rusiyanın Krasnodar şəhərində baş vermiş ağır qəzadan sonra bir gənci xilas edən şəxs tapılıb.
Yenixeber.org: Təxminən bir ay əvvəl şəhərin mərkəzində ağır qəza olub.

Belə ki, taksi sürücüsü yüksək sürətlə dönmə əməliyyatı etməyə çalışıb. Avtomobil bu zaman “BMW” markalı maşınla toqquşub.

Zərbənin gücündən "BMW" dirəyə çırpılıb, taksi isə yanmağa başlayıb. 56 yaşlı azərbaycanlı Elxan Əzizov özünü təhlükəyə ataraq, yanan avtomobildən sürücünü çıxarıb.

E. Əzizov ikinci qrup əlildir və ürək çatışmazlığından əziyyət çəkir. O, buna baxmayaraq, 25 yaşlı Krasnodar sakini xilas etmək üçün tərəddüd etməyib.



“Sərnişlər üçün nəzərdə tutulmuş tərəfdən qapını açdım. Baxıram, sürücü oturacağa tərəf uzanıb. Onu maşından yerə atdım. Sonra ən yaxın səkiyə apardım. Yəqin ki, hər bir insan bunu edərdi. O anda özümü unutdum. Avtomobildə canlı insanın yandığına necə baxa bilərsən? Sonra özümü bağışlamazdım",- deyə E.Əzizov Krasnodar telekanalına müsahibəsində deyib.

O, əlavə edib ki, hadisə yerinə gələn insanlar kömək etmək əvəzinə, baş verənləri telefonla çəkiblər.

Sonra həkimlər hadisə yerinə gəliblər və E. Əzizov ərazini tərk edib. Bir müddət sonra onda güclü öskürək başlayıb. E.Əzizov həyat yoldaşına zəng edərək təcili yardım çağırmasını istəyib. Həkimlər onu xəstəxanaya aparıb, reanimasiyaya yerləşdiriblər.

Müxalicə alan azərbaycanlı xəstəxanadan evə buraxılıb, hazırda vəziyyəti yaxşıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam