Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

VİLAYƏT EYVAZOVA ŞƏR-BÖHTAN ATANLARA.. -Sizlər Süleymanı Tüleyman oxuyan zümrənin nümayəndələrisiniz!

 

 

 Yenixeber.org: Bəlkə də karvanın artıq çoxdan keçdiyini nəzərə alaraq bu sətirləri yazmamaq da olardı. Ən azından həyatı boyu doğma vətəninə pataloji nifrət hayqıran, “Dalğa”ların atıb-tutduğu, ölkəsindən qaçmaq istəyən birisinin dediklərini ciddiyə almamaq daha məqsədəuyğun idi. Lakin yazdıqlarımızdan gözləri hədəqəsindən çıxan, bu baxımdan saytımızın adını belə doğru düzgün oxuya bilməyən Ramin Hacılıya bir neçə kəlmə demək istəyirəm.

Bizim üçün vətən sevgisi, öz dövlətinə xidmət etmək alver predmeti olmayıb. Sevgimiz də, sədaqətimiz də təmənnasızdır. Biz Qarabağa piyada getməklə vətəni sevməmişik, lazım olarsa Ali Baş Komandanın əmri ilə əsgər kimi getməyə hazır olduğumuzu nümayiş etdirmişik. Dövlətimizə, onun ordusuna, polisinə qarşı çıxmaqla kimlərinsə hörmətini qazanmağa, siyasi aktivist statusu almağa çalışmamışıq. Vətənimizi ana qucağı bilərək pis günündə də, yaxşı günündə də ona sığınmışıq, hər açılan qucağa cumub ölkəmizə hədyanlar yağdırmamışıq.

Bu gün bütün dünya amansız bir düşmənlə üz-üzə qalıb. İqtisadiyyatlar,səhiyyə sistemləri çökür, dövlətlər dəhşətli virusun önündə aciz qalıblar. Azərbaycan dövləti belə çətin bir məqamda bütün vasitələrlə öz vətəndaşına sahib çıxır, onu qoruyur. Həkimlər, polislər virusa qarşı mübarizənin ön cəbhəsində mübarizə aparırlar. Belə bir məqamda hər vasitə ilə dövlətə kömək etmək əvəzinə öz murdar siyasi ambisiyalarını reallaşdırmağa çalışmaq, polisə hədyanlar yağdırmaq hansı əxlaqa, kişiliyə sığır? Həyatlarını risk qarşısında qoyanlara dəstək göstərmək, ruh vermək əvəzinə onlar haqqında yalanlar, iftiralar səsləndirməkdirmi “siyasi xadimlik”? Xarici ölkələrin əli zopalı polisi haqqında ağzı köpüklənə-köpüklənə təriflər yağdıran sizlər nədən öz ölkəmizin polisindən bu qədər yanıqlısınız? Vətəni satmağa imkan vermirlər, ona görədir yəqin…

Bir də R.Hacılı iddia edir ki, guya saytımızda Azərbaycan polisi haqqında yazılan məqalə sifarişlidir. Hətta münəccimsayağı sifarişin Vilayət Eyvazov tərəfindən verildiyini də tapır. Nə deyəsən, bütün həyatı boyu bir kəlmə belə olsun doğru söz danışmayan adamdan bundan artığını gözləmək olmaz. Siyasi fəaliyyəti dövründə atdığı bütün addımları sifarişlə atan Hacılı hamını öz gözündə görür. Mən isə demək istəyirəm ki, əgər həmin yazının sifarişçisi V.Eyvazovdursa, və yaxud istənilən sifariş verən şəxs varsa dediyin hər sözü qəbul edirəm. Əks təqdirdə mənim dediklərimi də qəbul etmək sənin boynunun borcudur!

Çox uzun yazmağa ehtiyac görmürəm-söhbəti hara fırlatsan altından xəyanət, iftira,yalan çıxacaq. Bu sizin həyat tərziniz, yaşam qanunlarınızdır. O ki, qaldı Rubrikanı Rublika oxumağınızı, qınamırıq. Məlumun olsun ki, adını çəkdiyin hər iki domen həqiqətən də mənə məxsusdur və oxucularımızın müraciətlərini nəzərə alaraq hər iki domenin alınmasını təmin etmişik. İndi oxucu üçün istər Rubrika.Az, istərsə də Rublika.Az yazdıqda doğru olan Rubrika.Az saytına daxil olmaq mümkündür. O ki, qaldı sizə… İçinizdəki paxıllıq və xəbislikdən, bilərəkdən Sizlər Süleymanı Tüleyman oxuyan zümrənin nümayəndələrisiniz! 

NİCAT MAHMUDOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam