Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

GMİİB Bayraq günündə şəhidləri andı - FOTOLAR

GMİİB Bayraq günündə şəhidləri andı - FOTOLAR

Xeberinfo.com:  Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi   9  Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində işğalçı erməni silahlı qüvvələrinin hücumlarına qarşı Vətənimizin ərazi bütövlüyünün qorunmasında iştirak etmiş və qəhrəmanlıqla döyüşmüş Qarabağ qaziləri, Birinci Qarabağ müharibəsində, eləcə də aprel döyüşlərində şəhid olmuş hərbçilərimizin ailələri ilə görüş təşkil etmişdir.

Görüşdə çıxış edən Birliyin sədri Ramiq Vəliyev Dövlət Bayrağı Gününün dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən söz açmış, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyəti haqqında danışmış, Vətən uğrunda öz canını çəkinmədən fəda etmiş şəhidlərimizin gənclərimizə örnək olduğunu vurğulamışdır.

Ramiq Vəliyev görüşdə iştirak edən qazilərə Vətən torpaqlarının müdafiəsində canlarını sipər edərək döyüşdüklərinə görə təşəkkür etmiş, şəhid ailələrinə isə cəsur, qəhrəman oğullar böyütdüklərinə görə minnətdarlığını bildirmişdir. Birliyin sədri çıxışının sonunda Azərbaycan dövlət başçısının yürütdüyü doğru siyasət nəticəsində bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun çox artdiğını və regionun ən güclü ordusuna malik olan dövlət kimi torpaqlarımızın tezliklə azad edilməsi məsələsində çox nikbin olduğunu bildirmişdir.

Tədbirdə gənclər qarşısında çıxış edən Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olmuş, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Rövşən Əliyevin bacısı Fəranə Alıyeva şəhidimizin xatirələrindən söz açmış və gənclərə bu cür fəaliyyətlərinə görə öz minnətdarlığını bildirmişdir. Daha sonra çıxış edən Birinci Qarabağ müharibəsində batalyon komandiri olmuş mayor Səməd Əbilov (Alyanlı) keçdiyi döyüş yolundan və onunla birlikdə qəhrəmanlıqla döyüşmüş, yaralanmış və şəhid olmuş döyüş yoldaşları haqqında qısa xatirələr danışmışdır. Qonaqların çıxışları ilə tədbir davam etmişdir.

Görüşün sonunda Gənclərin Mənəvi İnkişafı Birliyi tərəfindən şəhid ailələrinə plaketlər və qiymətli hədiyyələr təqdim olunmuşdur

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam