Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Azərbaycanda ilk:Qırmızı Əl Günü tədbiri keçirildi

 

Beynəlxalq Dialoq və İnkişaf Alyansının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq 12 fevral Beynəlxalq Qırmızı Əl Gününə həsr olunmuş “12 fevral Qırmızı Əl Günü: Uşaqları qoruyaq! İşğala, Terrora, Zorakılığa son!” mövzusunda konfrans keçirib.

Yenixeber.org: Beynəlxalq Dialoq və İnkişaf Alyansının rəhbəri, tarix elmləri namizədi Nüşabə Məmmədova konfransı giriş nitqi ilə açaraq bunları deyib:

“30 ilə yaxındır ki, Azərbaycan öz dövlət müstəqilliyi bərpa edib. Bu dövrdə bir çox önəmli beynəlxalq sənədlər, o cümlədən uşaqlarla bağlı konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib. Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun təşəbbüsü ilə ölkəmiz 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub”.

Konfransda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hüquqi təminat şöbəsinin prokuroru, ədliyyə mayoru Vüsal Əliyev, İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) Aparatının şöbə müdiri Faiq Ağayev, Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, araşdırmaçı Əhməd Əlili, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İctimai Komitəsinin üzvü Əliməmməd Nuriyev, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digər şəxslər çıxış ediblər.

Qeyd edək ki, konfransda digər dövlət və hökumət nümayəndələri, xarici ölkə səfirlərinin və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, QHT və KİV nümayəndələri iştirak ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam