Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Beynəlxalq konfrans işə başladı -Bakıda

Noyabrın 22-də Bakıda Azərbaycan ədliyyəsinin 100 illik yubileyinə həsr olunan “Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Yenixeber.org: Konfransın açılış mərasimində Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edib. 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü və Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edən nazir F.Məmmədov bildirib ki, konfrans hüquqi dövlətdə ədliyyə sisteminin, Azərbaycan ədliyyəsinin formalaşmasına, inkişafına və qarşıda duran yeni çağırışlara həsr olunub.

Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov dövlət başçısının ədliyyə işçilərinə və hakimlərə təbrik məktubunu oxuyub.

Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Azərbaycan ədliyyəsi və məhkəmə sisteminin qurulması tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə və məhkəmə sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Sonra Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov konfransda “Azərbaycan Ədliyyəsi 100: təkamül və yeni çağırışlar” mövzusunda geniş məruzə ilə çıxış edib.

Konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, baş prokuror Zakir Qaralov, Daxili İşlər naziri Ramil Usubov, o cümlədən Türkiyənin, Belarusun, Gürcüstanın və digər ölkələrin ədliyyə nazirləri və müavinləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak edirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam