Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Azərbaycana səfər edən əcnəbilər üçün-sayt yaradıldı

Azərbaycana səfər edən əcnəbilər üçün sayt yaradıldı

Bu gün Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Yol sənədləri təqdim olunub, həmçinin yeni yaradılmış http://www.migrationto.az saytının prezentasiyası keçirilib.

Yenixeber.org: Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə birgə həyata keçirilən "Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)" layihəsi çərçivəsində hazırlanmış migrationto.az veb-saytı AR-a səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkənin tarixi və mədəniyyəti, turizm və investisiya potensialının təşviq edilməsi məqsədi daşıyır.

"Dövlət Miqrasiya xidməti ilə beynəlxalq tərəfdaşların birgə hazırladığı migartionto.az saytı fəaliyyətə başlayacaq".

Bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

O, fəaliyyətə başlayan saytın ölkəyə səfər edən əcnəbiləri miqrasiya perspektivindən məlumatlandırma üçün nəzərdə tutulduğunu qeyd edib: "Saytda ölkəyə səfərin təyinat və məqsədindən asılı olmayaraq vizaların əldə edilməsi mexanizmi, əcnəbilərin ölkədə yaşaması üçün mövcud qaydalar və işgüzar fəaliyətə başlamaq üçün tələblər qeyd olunacaq. Veb-sayt Azərbaycan dilindən başqa rus və ingilis dilində də fəaliyyət göstərəcək. Yaxın zamanlarda saytdakı məlumatların fransız və ərəb dillərində də yayımlanması nəzərdə tutulub".

V.Hüseynov saytda Azərbaycanın milli-mənəvi dəyərlərinin də təbliğ olunacağını qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam