İcra başçısından narazılıq genişlənir
Qaradağ- adı qədər qara olan rayon, burada yerli sakinlərin haqqı yeyilir, sahibkarların fəaliyyəti məhtudlaşdırılır və pulları əlindən alınır.
"Xeberinfo.com": Məlumata görə, bununla bağlı şikayətdə açıq şəkildə bildirilir ki, bu bəlanı yaradanlar- rayonda qanun tanımayan məmurlardır. Çünki icra başçısının Qaradağdakı bazarla bağlı yaratdığı qalmaqallı vəziyyət artıq yuxarıların da diqqət mərkəzinə düşüb. Rayon sahibkarları bildirirlər ki, onlar dəfələrlə icra başçısı Süleyman Mikayılovun zülmləri ilə bağlı müxtəlif dövlət instansiyalarına şikayət ediblər. Bir müddət onların şikayətlərinə baxan olmasa da, son günlər bir qədər tərpəniş yaranıb. Problemin yaranmasına səbəb isə Lökbatan qəsəbəsi ərazisindəki bazarın özəlləşdirilməsi zamanı yol verilən qanunsuzluqlardır. Qeyd edək ki, bununla əlaqədar bir qrup sahibkar müxtəlif məhkəmə instansiyalarına müraciət ediblər. Amma hələ də bu barədə iş adamlarının haqqını təmin edəcək heç bir qərar verilməyib. Əksinə, bazar qarışıq ətrafdakı mağaza və dükanları da ələ keçirən icra başçısı Süleyman Mikayılovun yaxın adamları məhkəmə hakimlərini də ələ aldıqlarını etiraf edirlər. Şikayətçi sahibkarlar bildirdi ki, onların son ümid yeri prezidentdir: «Əgər bazarın özəlləşdirilməsi məsələsi və eyni zamanda Qaradağ rayonunun içində tikilən «Berlin divarları» problemi həll olunmazsa, onlar bir zamanlar Qaradağ rayonundan deputat seçilmiş prezident İlham Əliyevlə görüşə can atıb, dərdlərini canlı olaraq dövlət başçısının diqqətinə çatdırmalı olacaqlar». Gələn xəbərlərə görə, artıq bu məsələ də yuxarılar tərəfindən araşdırılmağa başlanılıb. Və məsələ ilə əlaqədar Qaradağın icra başçısı dəvət edilərək, dindiriləcək. Onunla rayonda süni narazılıq yaratdığı, büdcə vəsaitlərinin dağıdılması və digər məsələlər müzakirə olunacaq. Hər şeyin Mikayılovun verəcəyi və əsaslandıracağı cavablarından asılı olacağı gözlənilir.
Ağayev Ağahüseyn Qulam oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanlanmış müraciət daxil olub. Müraciət edən sıravi vətəndaş deyil, icra başçısının sabiq müavinidir. O öz müraciətində rayondakı məmurlardan prezidentə şikayət edir. Onun müraciətini təqdim edirik:
"Siz 6 fevralda keçirdiyiniz toplantıda bir daha süründürməçiliyə, qərəzçiliyə və korrupsiya meyillərinə son qoyulmasını tələb etdiniz. Xalqa müraciət edərək, özünüz bu xalqın xidmətində olduğunuzu bəyan etdiniz. Məmurlara öz sərt ifadənizlə xalqa xidmət etməyi birmənalı tapşırdınız. Cənab Prezident Siz öz siyasi fəaliyyətinizi bizim Qaradağ rayonundan başlamısınız. Bizi Milli Məclisdə layiqincə təmsil etmisiniz. O, dövrdə mən Qaradağ Rayon İH Başçısının müavini işləmişəm və Sizin rəhbərliyiniz altında rayonda xeyli miqdarda abadlıq və quruculuq işlərini yerinə yetirmişik. O, dövrdə rayonun büdcəsi l milyon dollara yaxın idi. Buna baxmayaraq beş ildə biz Sizin qayğınız nəticəsində Qarabağ əlilləri və Şəhid ailələrinə iki beş mərtəbəli 50 (əlli) mənzilli bina tikib istifadəyə verdik və qeyri yaşayış sahələrinin statusunu dəyişərək, təmir edərək bu ailələrə payladıq. Beş yüz kilometr qəsəbə daxili və bir o qədərdə qəsəbə arası yolları təmir etdik, əhalini fasiləsiz işıq, su və qazla təmin etmək üçün lazım olan bütün tədbirləri həyata keçirtdik. Bu gündə o, öz yaxşı nəticəsini göstərir. Sahil qəsəbəsində 2.5 km uzunluğunda dəniz kənarı park-bulvar, stadyon. Lökbatan qəsəbəsindəki parkın ərazisi iki dəfə genişləndirərək xalqın istifadəsinə verdik. O, dövrdə Sizin səyiniz nəticəsində bütün Qarabağ əlilləri və şəhid ailələri kommersiya obyektləri ilə təmin olundu, buda o, dövrün aztəminatlı ailələri üçün böyük bir töhvə idi. Hər ay aztəminatlı ailələrə otuz tondan artıq ərzaq məhsullarının paylanmasıda Sizin səyiniz nəticəsində baş tutmuşdur .
Siz məmurların korrupsiya əməllərinə son qoyulmasını və belə halların qarşısının alınmasına hər bir vətəndaşın yaxından iştirakını məqsəd kimi qarşıya qoydunuz. Bizim Qaradağ Rayonunda büdcə vəsaiti talan edilir, abadlıq işi adı altında mətbuatdan məlum olduğu kimi iş adamlarından vəsait toplanır. Rayonda 50 mindən yuxarı son dövrdə qanunsuz tikilmiş tikililər var. Bunlardan yığılan vəsait milyonlarla ölçülür. Cənab Prezident Siz rayon tədbirlərində iştirak etdiyiniz vaxt o ətraf qismən abadlaşdırılır, ondan 30 metr aralı isə bərbad vəziyyətdədir. Bunu bütün qəsəbələrdə müşahidə etmək münkündür. Qismən aparılan abadlıq işləri ara fəhlələri tərəfindən icra olunur bunlarda günəmuzd işləyirlər. Büdcədən ayrılan vəsait isə 2 nömrəli akt ilə naməlum təşkilatlara köçürülür və mənimsənilir. İndi büdcə milyonlarla ölçülür. Bunun hara xərclənməsi biz sakinlərə məlum deyil. Görülən işlər isə o dövrlə müqayisdə sıfıra bərabərdir. Korrupsiya əməlləri nəticəsində Rayon İH başçısı S. Mikayılovun topladığı miliyonlar xalqın haqlı narazılığına səbəb olur və bunlar mətbuatda öz əksini tapır. Xahiş edirəm bu məsələnin araşdırılmasına göstəriş verəsiniz və bizimdə iştirakımızı təmin edəsiniz. Qəsəbələrdə yollara vurulmuş asfalt örtüyünün qalınlığı 2-4 sm olduğundan tez sıradan çıxır. Buda başçının korrupsiya əməllərindən xəbər verir. Büdcədən ayrılmış maliyyə vəsaitinin aqibəti çox qaranlıqdır. Xahiş edirəm yoxlama aparılmasını və mənim də yoxlama da iştirakımı Sizə köməklik məqsədi ilə təmin edəsiniz."
Haqqı tapdanan sahibkar “Çakır” ləqəbli Süleyman Mikayılovun hədəfində
Lökbatan qəsəbəsi 4-cii massiv, 20 yanvar küç ev 8/18A ünvanda yaşayan Hüseynov Mirzəkərim Ağa oğlu başına açılan müsibətlərlə bağlı redaksiyamıza müraciət edib. Bildirək ki, illərdir Qaradağ rayon icra başçısının zülmündən narazılıq edən sahibkar bu dəfə prezidentdən imdad diləyir. Onun şikayət məktubunda deyilir:
““Azərittifaq”a məxsus olan 12 saylı mağaza Lökbatan qəsəbəsi 28 may küçəsi 7 ünvanda yerləşən kolxoz bazarına bitişik 1986-cı ildə Azərittifaqın vəsaiti hesabına tikilmiş ayrıca texniki pasportu vardır və pasport 1998-ci ildə alınmışdır. Buna baxmayaq mağaza bazarla birlikdə Qaradağ RİH-nin başçısı Süleyman Mikayılov tərəfindən Qasımov Hüseyn Əlibala oğlunun adına özəlləşdirilmişdir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, mübahisəli mağaza özəlləşdirilmiş bazarın tərkib hissəsi olmamışdır, yəni onun bazara heç bir aidiyyəti yoxdur. Belə ki, həmin mağaza Azərittifaqın mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 158-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ əmlak hüququ hesab edilir və qanunla müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.Mülki Məcəllənin 153.3-cü maddəsinə əsasən, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.Mülki Məcəllənin 153.4-cü maddəsinə əsasən, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.Mülki Məcəllənin 154.1-ci maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayn növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Mülki Məcəllənin 154.2-ci maddəsinə əsasən, bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılımır. Ən başlıcası odur ki, Azərittifaqa məxsus olan mağazanı 1998-ci ildən mən işlədirəm, Azərittifaqın üzvüyəm və mağaza bazarın ərazisində deyil. Bazarın ərazisinin hüdudları kənardadır. 1997-ci ildə tərtib edilmiş texniki pasporta əsasən, bazarın içərisində mağaza olmamışdır. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, 28 may küçəsi 7-də yerləşən 15 saylı kolxoz bazarı 1983-cü ildə inşa edilmişdir (texniki pasportun göstəricisinə əsasən). Lakin həmin bazarın tikintisinin aparılması üçün torpaq sahəsinin ayrılması, ilkin tikinti-layihə sənədləri və s. sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bir sözlə, bazarın ilkin sənədləri məhkəməyə təqdim edilmədiyindən 1997-ci ildə tərtib edilmiş texniki pasportun məhkəməyə təqdim edilmiş surətini qanuni hesab etmək düzgün hesab etmək olmaz. Hansı ki, İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
İnzibati Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İnzibati Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İnzibati Prosessual Məcəlləsinin 12.4-cü maddəsinə əsasən, proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 60-cı maddəsinə əsasən, inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar.
Mübahisənin mahiyyəti üzrə ən başlıca məsələlərdən, yəni mağazanın bazara yox, Azərittifaqa məxsus olduğunu sübut edən əsas hallardan biri aşağıdakılardan ibarətdir: Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 noyabr tarixli 332 nömrəli fərmanı əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti 22 dekabr 1992-ci il tarixli 683 saylı qərar qəbul etmişdir ki, həmin qərara əsasən kolxoz bazarları dəyəri yerli icra hakimiyyəti orqanları tərəfindən ödənilməklə "Azərittifaq"ın balansından alınaraq müvafiq rayon icra hakimiyyətlərinə verilmişdir. Odur ki, "Azərittifaq"ın bu barədə 12 fevral 1993-cü il tarixli 12 saylı əmri əsasında 15 fevral 1993-cü il tarixdə "Azərittifaq"ın, Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndəsinin və bazar rəhbərliyinin iştirakı ilə komissiya yaradılmış və müvafiq akt əsasında bazar təhvil-təslim edilmişdir. Təhvil-təslimin nəticəsi üzrə bazarın baş mühasibi V.Xrunovanın iştirakı ilə akt tərtib edilmiş və aşağıdakı əsas vəsaitlər aktda öz əksini tapmışdır:
1. Ticarət mərkəzi-1 ədəd.
2. Poviliyon gürcü tipli- 6 ədəd.
3. Televizor-1 ədəd.
4. Soyuducuşkaf-1 ədəd
5. Soyuducu prilavka -1 ədəd.
6. Translyasiya qurğusu -1 ədəd.
7. Kondisioner BK - 1500 -1 ədəd.
8. Kondisioner qurğusu-1 ədəd.
Göründüyü kimi, kolxoz bazarı ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə yalnız yuxarıda göstərilənlər təhvil verilmişdir ki, həmin mağaza da bu siyahıda yoxdur. Hal hazırda Azərittifaq tərəfindən bazarın tikinti pasportunun surəti tapılmış və təsdiq edilərək 1 saylı İnzibati İqtisad Məhkəməsinə verilmişdir.Ən başlıcası, mağaza Azərittifaqın hesabımıza tikilmişdir. Kolxoz bazarına aidiyyəti yoxdur. Qaradağ Rayon İcra Hakimiyyətinin balansına keçdikdən sonra onun yox, İcra hakimiyyətinin vəsaiti hesabına tikilmişdirsə, onda həmin mağazanın tikilməsi haqqında müvafiq sərəncam və layihə-smeta sənədləri olmalı və mağazanın tikintisinə dövlət büdcəsindən pul vəsaiti ayrılmalı idi. Hansı ki, bu barədə heç bir sənəd yoxdur. Bütün bunları biz məhkəməyə izah etsək də məhkəmə kollegiyası bizim həmin dəlillərimizə də etinasız yanaşmış və həmin izahat protokola da əlavə edilməmişdir. Birinci instansiya məhkəməsində Qaradağ rayon Icra Hakimiyyətinin baş memarı Naiq Səmədov ifadə verərkən bildirmişdir ki, vaxtilə Qaradağ Rayon İH tərəfindən bazarın içərisində qoyulmuş köşklər yığışdırılaraq bazarın ön hissəsində ticarət cərgəsi yaradılmış və 11 nəfərə orada mağaza tikintisi üçün torpaq sahəsi ayrılmışdır ki, bizə də ayrılmış torpaq sahəsi məhz həmin cərgədədir. Kolxoz bazarının ümumi alqı-satqısının və özəlləşdirilməsinin etibarsız hesab edilməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində işə baxarkən Dövlət Əmlakının İdarə etməsi üzrə Dövlət Komitəsinin nümayəndəsi Bayramov Cabbar Bayram oğlu cavabdeh tərəf kimi çıxış edərək bazarın alqı-satqısını qismən ləğv edilməsinə razılıq vermiş, və bildirmişdi ki, ayrı – ayrı vətəndaşlara və Azərittifaqa məxsus hissəsinin alqı-satqısının ləğv edilməsimə etiraz etmir. Bu genə kimi məhkəmədə çıxış edən Bayramov DƏİ üzrə Dövlət Komitəsinin mövqeyini bildirmişdir. Əvvəllər bu işlə əlaqədar məhkəmə prosesinə çıxan DƏİ üzrə Dövlət Komitəsinin nümayəndəsi Ülvi adlı şəxs onların mənafeyini müdafiə edir və öz maraqları naminə məhkəmənin ədalətli qərar qəbul etməsinə maneçilik törədir. Bununla əlaqədar biz nazir müavini Rafiq Cəlilovun yanında olduq, o yanmış vəziyyətdən çıxış edərək Ülvini prosesdən kənarlaşdırdı və bu işi Cabbar Bayramova həvalə etdi. Buna baxmayaraq, 17 yanvar 2014-cü il tarixində saat 17:00-a təyin edilmiş prosesdə hakim Fəqan Əhmədovun sədirliyi ilə işə baxılarkən prosesə Ülvi çıxdı və o, əvvəl ki, maraqları naminə yenə onların maraqlarını müdafiə etməyə başladı və ədalətli qərarın çıxarılmasına maneçilik törədir. Ekspertin rəyindən də görünür ki, mübahisəli mağaza bazara heç bir adiyyəti yoxdur lakin özəlləşdirmə vaxtı bazarın 2011-ci ildə tərtib edilmiş, pasportu əlavə edilmişdir.Ali Məhkəmədə belə bir işə baxarkən prossesində iştirak edən Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin vəkili xanım Esmira Hüseynova və nümayəndə Lalə Hüseynova çıxış edərək Şamilov Şamilin kassasiya şikayətini düzgün hesab etmiş və alqı-satqı müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bu Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin mövqeyidir. Ülvini isə mövqeyi onun şəxsi maraqlarıdır. Cənab Prezident Siz sahibkarlara həmişə sahib çıxmızınız. 12 fevral 2013-cü il müşavirənizdə məmurlara öz sərt ifadənizlə bunu bəyan etdiniz. Amma , Qaradağdakı məmurlar iş sahibkarlara qul kimi baxırlır, problemlərinə biganə yanaşılır. Vətəndaşların haqqı tapdanılır, Konstitusiyaya hörmətsizlik edilir və ədaləti satır. Bir sözlə Qaradağda zülüm ərşə dirənib. Mafiya qanunları ilə idarə olunan rayonda bütün bunları yaradan icra başçısı və onun əlaltılrıdı. Cənab President sizdən xahiş ediri ki, həmin bu şəxsləri cəzalandırıb, rayonda ədləti bərqərar edəsiniz"!...
azerinews.tv