Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Süleyman Mikayılovun işi araşdırılır -İDDİA




Qaradağın icra başçısının işi araşdırılır
Yenixeber.org:  Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılovun fəaliyyəti araşdırılacaq. Bu barədə hökumətdəki mənbə məlumt verib. Xəbəri verən qaynaq iddia edir ki, bu günlərdə sözügedən RİH-ə Maliyyə Nazirliyi və Hesablama Palatasının ekspertlərinin göndərilməsi nəzərdə tutulub.

Qaynaq iddia edir ki, ekspertlər büdcə vəsaitlərinin xərclənməsi, habelə rayona abadlıq-quruculuq işləri üçün ayrılan pulların xərclənməsini təftiş edəcək. Mənbənin dia.az-a söylədikləri:

"Təbii ki, istənilən rayon rəhbərinin maliyyə fəaliyyətinin araşdırlması onun üçün yaxşı nələrisə vəd etmir. Bu həm də o deməkdir ki, artıq "qələmi qırılıb". Amma burada bir məqam daha çox diqqətçəkəndir. Süleyman Mikayılov himayə altında olan icra başçısıdır və əgər onun barəsində genişmiqyaslı maliyyə təftişi qərarı verilirsə, deməli, himayədarın da gücü yetərsizdir".

Dia.az xatırladır ki, son günlər Süleyman Mikayılovun adı Avropadakı xəyanətkar mühacir şəbəkəsinə başçılıq edən "Quska" ləqəbli Hüseyn Abdullayevlə də qoşa çəkilməkdədir və onun "Quska"lı keçmişi gündəmin prioritet mövzusuna çevrilib. Qeyd edək ki, bu yöndə redaksiyamızın ilginc məlumatları da var ki, həftə ərzində bu barədə də sizləri tanış edəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfi də dinləməyə hazırıq...
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam