İcra başçısının Eldar Mahmudovla əlaqəsi üzə çıxdı
Sahibkarlara maneə törədilməməsi, onların fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması, əsassız yoxlamalara son verilməsi barədə ölkə prezidenti İlham Əliyevin xəbərdarlığını görməzdən gələn icra başçılarının sırasında Qaradağ rayonun icra başçısı Süleyman Mikayılov xüsusi yer tutur.
Xeberinfo.com: Onun rəhbrliyi dönəmində rayondakı vəziyyətin getdikcə ağırlaşması, sahibkarların, xüsusilə də daş karхanalarının rəhbərlərinin hədəfə alınması, onların fəaliyyətinə maneə törədərək qazancalarına şərik olmaq kimi müxtəif qanunsuz əməllər imza atan icra başçısı prezidentin son xəbərdarlığından sonra da fəaliyyətini eyni qaydada davam etdirməkdə israrlıdır.
Məlum olduğu kimi rayonun Güzdək, Qızıldaş qəsəbələrində, həmçinin Qızıl Qayada irili-xırdalı 100-dən artıq daş karхanası fəaliyyət göstərir. Bu isə Süleyman Mikayılovun ayda milyonlarla manat pul qazanması deməkdir. Təbii ki, Süleyman Mikayılov bu vəsaitdən asanlıqla imtina etməz və ən müxtəlif vasitələrlə gəlirlərini qouyub saxlamağa çalışır.
Bizimxeber.az-a daxil olan məlumata görə, Süleyman Mikayılov fövqəladə hallar naziri Süleyman Mikayılovun kadrı hesab olunur və fəaliyyətində məhz ona güvənir. Ancaq maraqlı məqamlardan biri Süleyman Mikayılovun təhsil və iş fəaliyyətindəki “uğurlarının” real həyatla uyğunsuzluğudur ki, bunun da yaxın zamanda sənədlərlə ortaya çıxma ehtimal böyükdür.
Belə ki, 2016 -ci ilin ilk aylarından etibarən Azərbaycanda məmurların diplomlarının yoxlanmasına start veriləcəyi barədə məlumatlar var. Bunu zəruri edən səbəb yüksək vəzifəli məmurlar da daxil olmaqla məmurların bir qismının ali təhsil haqqında sənədinin reallığa uyğun gəlməməsidir. Əksəriyyətinin diplomu ya saxtadir, ya da onların əvəvlki əmək fəaliyyətləri ilə hazirki işləri arasında heç bir bağlılıq yoxdur ki, bu da idarəetmədə də özünü açıq şəkildə biruzə verir.
Süleyman Mikayılovun 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdiyi barədə tərcümeyi-halında qeyd var. Ancaq bu rəsmi sənədlərdə olandır, əslində isə icra başçısının Dərdənddə adı bəlli olmayan bir ali ali məktəbə pul müqabilində daxil olduğu deyilir. 2001-ci ildə həmin ali məktəbdə tələbələr siyhısında Süleyman Mikayılovun da adı olub və düz 1 il müddətində həmin məktəbdə “təhsil alıb”. 1 il sonra isə köçürmə yolu ilə BDU-nun hüquq fakultəsinin tələbəsinə çevrilib. 42 yaşında BDU-nun məzunu olan icra başçısı hətta bir zamanlar tərcümeyi-halına elmlər namizədi olduğuna dair qeyd də yazdırmaq istəyib. Amma bu arzusunu hansısa səbəbdən reallaşdıra bilməyib və bu istiqamətdə çalışmalara hansısa səbəbdən yarımçıq buraxmalı olub.
Bu mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Hələlik isə bəlli olan odur ki, Süleyman Mikayılovun adı “yola salınacaq” icra başçıları sırasında yer alır.
Onun da “MTN işi” çərçivəsində adı hallanan icra başçısının Eldar Mahmudovla əlaqələrinin olması sirr deyil. Bu münasibətlərin hansı yöndə inkişaf etdiyi diqqət cəkir. Daha dogrusu istintaqa bu barədə araşdırmalara artıq başlayıb və yəqin ki, istintaq çərçivəsində Qaradağ rayonun ərazisində Eldar Məhmudova yüksək imtiyazların nəyin müqabilində verilməsi üzə çıxacaq. Çünki bu rayon MTN-nin keçmiş rəhbərinin obyektlərinin çoxluğu ilə fərqlənən rayonlardan biri olub. Keçmiş nazirin Qaradağ rayonu ərazisində bir neçə obyekti və hətta Lokbatanda 2 boyuk marketi, bir avtosalonu fəaliyyət göstərib. Süleyman Mikayılov Eldar Mahmudovun qüdrəti qarşısında duruş gətirməməklə yanaşı, bu xidmətin müqabilində müəyyən qədər gəlir də əldə edib.
Xüsusilə rayon daxilində yolların genişləndirilməsi planlarının icrası zamanı Eldar Mahmudovun obyeklərinə deyə biləcək zərərin qarşısının alınmasında da icra başçısı xüsusi canfəşanlıq göstərib. Belə ki, məhz Süleyman Mikayılovun tapşırığı ilə Eldar Mahmudovun obyeklərini yolların genişləndirilməsi planına düşməməsi təmin edilib.
Beləliklə, Eldar Mahmudovun rəğbətini qazanan icra başçısı bundan daha sonrakı fəaliyyətində yararlanıb. MTN ətrafında cərəyan edən hadisələrin Süleyman Mikayılovdan da yan keçməyəcəyi artıq bəllidir. İndi icra başçısı üçün əsas məsələ istintaqdan maksimum az zərərlə çıxmaqdır.