Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Azərbaycanlı qadın jurnalist milyardları belə qazandı-FOTOLAR

 
Rusiyada Korrupsiya ilə Mübarizə Fondu orada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Nailə Əsgərzadənin "Bombardier Global 6000" təyyarəsinə və 62 metrlik yaxtaya sahib olduğunu ortaya çıxarıb.
Yenixeber.org: Jurnalistin bu qədər var-dövləti necə əldə etdiyi maraq doğurub. Bəlli olub ki, Əsgərzadə "VTB Bank"ın prezidenti Andrey Kostinlə eşq yaşayır. Təyyarə də elə bankın nəzdində olan şirkətlərdən birinin hesabına daxildir. 
KMF isə dəyəri 60 milyon dollar olan təyyarənin Nailəyə yalnız kirayəyə verildiyini açıqlayıb. Onun uçuş zamanı hər 1 saat üçün təyyarəyə 559 min rubl (14 min manat) ödədiyi bildirilib. Jurnalist təkcə 2019-cu ildə sözügedən təyyarə ilə 51 saatdan çox uçuş reallaşdırıb.
Digər bir məqam isə faktlarda Nailənin yaxta və təyyarədən Andrey Kostinlə özəl görüşlər zamanı istifadə etdiyinin vurğulanması olub.
Lazımi qurumlardan məsələ ilə bağlı fikir öyrənilib. Bildirilib ki, bir jurnalistin aldığı maaşla bütün bunları etməsi mümkünsüzdür.
Qeyd edək ki, bundan əvvəl də Nailə sahib olduğu mülklərlə gündəmə gəlmişdi. Rusiya mediası azərbaycanlı jurnalistin Rublyovkadakı Razdorı kəndi yaxınlığında 43 min kvadratmetrlik əraziyə sahib olduğunu yazmışdı. Onun qiyməti 45 milyon dollardır.
Əsgərzadənin Moskvada başqa bir yerdə 53 sot torpaq ərazisi və içərisində 923 kvadratmetr villası, eyni zamanda məşhur yaşayış kompleksində 2 mənzili var. Nailə həmçinin 2011-ci ildə 229 kvadratmetrlik, 2014-cü ildə isə 155 kvadratmetr ərazisi olan evlər alıb.
Bank müdiri Nailəyə elit-sinif avtomobilləri (BMW 325I, BMW 650I X-Drive, BMW X5 X-Drive 50I), malikanə və bir çox bahalı hədiyyələr də edib.
Rus mediasının məlumatına görə, Kostinin Nailəyə bağışladığı hədiyyələrin ümumi qiyməti milyard dolları ötüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam