Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan təzə təyyarə alır-kirayə götürülmüş təyyarədən istifadə edirdi

Ermənistan baş naziri Nikol Paşinyan yeni təyyarə almaq istəyir.

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, hökumət aparatının rəhbəri Eduard Ağacanyan baş nazirə xidmət etmək üçün yeni təyyarə almaq planları barədə danışıb.

“Baş nazirə xidmət edən indiki təyyarə transatlantik uçuşlar həyata keçirmək imkanında deyil. Ekspertlər hesab edir ki, laynerin modernizasiyası üçün milyonlarla dollar lazımdır”,-Ağacanyan bu gün oktyabrın 30-da büdcə müzakirələri zamanı deyib.

O, əlavə edib ki, problem həm də baş nazirin təyyarəsinə xidmət edən pilotların müvafiq lisenziyasının olmamasındadır. “Bununla belə artıq yeni təyyarənin alınması məsələsinə baxılır”,-Ağacanyan deyib.

 

Ermənistan rəhbərliyi hazırda xarici səfərlər üçün “Airbus 320” təyyarəsindən istifadə edir. Bu, kiçik və orta məsafələr üçün nəzərdə tutulmuş laynerdir. Bundan əvvəl xəbər verilmişdi ki, layner prezident aparatının balansından çıxarılıb. Çünki Ermənistan prezidentinə ayrılan büdcə təyyarənin saxlanılması və ona xidmət göstərilməsi üçün ayda 20 min dollar ödəməyə imkan vermir.

Paşinyan isə xarici səfərlərində bir neçə dəfə kirayə götürülmüş özəl təyyarədən istifadə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam