Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

“Çox maraqlı geosiyasi proseslər gedir” -Türkiyədəki bahalaşma bizə xeyir gətirəcək?

 

“Çox maraqlı geosiyasi proseslər gedir” -

Türkiyədə yerləşmə müəssisələrinin (kurort yerlərinin, məşhur otellərin və s.) üzərinə yeni vergi qoyulur. Belə müəssisələr qonaqlara göstərilən xidmətlərin ümumi dəyərinin 2 faizi qədər vergi ödəməli olacaq. Bu barədə qanun gələn ilin aprelindən qüvvəyə minəcək. Böyük ehtimalla bu qonşu ölkədə turizm məkanlarında bahalaşmaya səbəb olacaq. 

Yenixeber.org: Bilirik ki, Türkiyəyə ən çox ruslar üz tutur. Bu bahalaşma həmin turistlərin bir hissəsinin Azərbaycana gəlməsi ilə nəticələnə bilərmi?

Mövzu ilə əlaqədar saytımıza danışan turizm üzrə ekspert Çingiz İsmayıl bildirib ki, bu barədə hansısa bir proqnoz vermək çətindir, çünki Türkiyə qeyri-sabit ölkədir:

“Bu məsələyə geniş konteksdə baxmaq lazımdır. İndi Türkiyənin iqtisadi vəziyyəti yayda necə olacaq, liranın məzənnəsi necə dəyişəcək, onu heç kim deyə bilməz. Çünki orada çox maraqlı geosiyasi proseslər gedir. Stabil ölkə üçün nəsə proqnoz vermək olar. Mən düşünürəm ki, Türkiyədə 6 ay sonra nə baş verəcəyini cəsarətlə heç kim deyə bilməz. Türkiyə Avstraliya industriyasından, İsveçrə industriyasından fərqlidir. Bu ölkələr üçün stabillik olduğu üçün proqnozlar vermək olardı. Amma Türkiyə üçün nəsə proqnoz verməyə çətinlik çəkirəm”.

Ekspert həmçinin qonşu ölkələrdə atılan addımların bizim ölkəmizdə atılması məsələsinə də toxunub:

“Bilirsiz, kor-koranə  hər hansısa dövlətin turizm industriyasında atdığı addımları öz ölkəmizə köçürmək tam yanlış düşüncədir. Yəni o əvvəla turizm industriyasının davamlı inkişafından, oraya ələn turistlərin sayının dinamikasından, turizm mərkəzlərinin rəqabətə davamlılığından aslıdır. Yəni hər hansı bir təcrübənin vergi sahəsində, gəlirlər sahəsindəki təcrübələrin istifadə edilməsində dərindən təhlil olunmalıdır ki, nə dərəcədə bu təcrübənin tətbiqi turizm industriyasının inkişafına təkan verəcək və ya onu ləngidəcəkdir. Onun üçün məsələnin belə təklifi, yəni “hansı ölkədə oldu, bizdə edək” demək yanlışdır. 

Türkiyənin turist sayısı milyonlarladır. Bzidə isə onun 1/10-i zorla yığılır. Onların infrasturukturu, vergi sistemi tam başqadır. Amma bu o demək deyil ki, inkişaf etməyək. Əvvəla məsələn türkiyənin atdığı addımları təhlil edək. Bir neçə il keçdikdən sonra bunun necə nəticə verdiyini öyrənək. Daha sonra isə bizdə tətbiq olunarsa, hansı nəticələrlə üzləşəcəyimizi proqnozlaşdırmalıyıq. Onda bu barədə danışmaq olar”.(yenisabah)

Sabrina


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam