Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyənin turizm tələbatını avropalılar ödəyir

 

2008-ci ildə Türkiyə Cumhuriyyətinin o dönəm baş naziri olan indiki prezident R.T.Ərdoğanın Stokholmdakı diaspor təmsilçiləriylə görüşünə mən də qatılmışdım.
"Xeberinfo.com": Hörmətli Ərdoğan diaspor üzvləri qarşısında çıxış edərkən turizm məsələsinə toxundu və orda qeyd etdi ki, “İsveçdən hər il Türkiyəyə gələn turistlərin sayı indi artıq 600 mini keçir”. 
Təəccüblənməyin,  keçən il İsveçdən Türkiyəyə gedən turistlərin sayı 740 mindən çox olub. Əlbəttə nəzərə alsaq ki, İsveçin əhalisi təxminən 9 milyona yaxındır, bu rəqəm bir kiçik Şimali Avropa ölkəsi üçün çox böyükdür.
Statiskaya görə, 2013-cü ildə Türkiyəyə gedən turistlərin sayı təxminən 35 milyona qədər olub ki, bunun da 19 milyonunu Avropa ölkələrindən gedən turistlər təşkil edib. Almaniya yenə də ilk sıradadır. Türkiyəyə keçən il 5 milyon 41 min alman turisti gedib. İkinci yerdə Rusiyadır ki, onların da sayı təxminən 4 milyon 270 min olub.
Bu və başqa məlumatları öz isveçli həmkarlarıyla bölüşməyə gələn Türkiyənin turizm sektorunun təmsilçiləri Stokholmun ən prestijli və qədim hoteli olan və əsası 1874-cü ildə qoyulan “Grand Hotel”də biraraya gəldilər. Türkiyənin Kültür və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan bu turizm təqdimatında əsasən İstanbul və Antaliyadan gələn turizm agentlikləri iştirak edirdilər. 
Görüşdə vurğulandı ki, keçən illərə nisbətən bu il Aralıq və Ege dənizləri sahillərində dincələn turistlərlə yanaşı, İstanbula da maraq hiss olunan dərəcədə artıb. 
Kültür və Turizm Nazirliyinin təqdimat və marketing üzrə baş müdiri İrfan Önal Stokholmdakı bu tədbir haqqında fikirlərini bizimlə bölüşdü:
 
“Bildiyiniz kimi, İsveçin paytaxtı Stokholmda bir ofisimiz fəaliyyət göstərir. Bu, səfirliyimizin Türizm attaşeliyi ilə təşkil etdiyimiz birgə tədbirimizdir. Məqsədimiz Türkiyədəki turizm agentliklərinin nümayəndələri ilə İsveçdəki turizm təmsilçilərini bir araya gətirib, ölkəmizlə bağlı istiqaməti daha çox iş mühitinə yönəltməkdir. Turizmə olan təlabatda artım hamımızın ortaq hədəfidir. 
Bununla yanaşı, uzunmüddətli hədəflərimiz isə əvvəl İsveç və Skandinaviya bazarında ölkəmizin düzgün tanınmasını və bütün imkanları bu məsələyə yönəldərək, daha böyük hədəflər əldə etməkdir. Ölkəmizi dünyanın ən böyük turizm bölgəsinə çevirməyi qarşımıza əsas məqsəd qoymuşuq. Biz Türkiyənin çatacağı bu hədəf üçün əhəmiyyətli investisiyalar yatırırıq". 
Daha sonra baş müdürin müavini Çingiz Aydın bəylə Azərbaycandakı turizm imkanları barədə də söhbət etdik. Əlbəttə, Azərbaycan demək olar ki, İsveçlilər üçün tanış olmayan bir ölkədir və burada bizim ölkəyə də marağı artırmaq lazımdır. 
Amma təəssüflər olsun ki, həm hotellərin baha olması, həm də istirahət mərkəzlərinin qiymətlərinin fantastik səviyyədə yüksək olması, eləcə də, uçuş tariflərinin qeyri-münasib qiymətləri turistlərin ölkəmizə marağını aşağı salır. 
Çingiz bəyin fikrinə görə, əvvəl öyrənmək lazımdır ki, isveçlilər turizmin hansı sahəsinə Azərbaycanda maraq göstərə bilərlər. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi qardaş ölkənin bu sahədəki uğurlarından istifadə edərək, yeni lahiyələr həyata keçirməlidir. Bu baxımdan, Türkiyə çox gözəl örnəkdir. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam