Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Sosial evləri kirayə verənlər:“Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər”

Ötən il Bakıda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı həyata keçirildi. Müəyyən olunmuş kateqoriyaya aid şəxslər mənzil əldə etmək üçün qeydiyyatdan keçərək, bunu başa çatdıra bildilər.

 

Yenixeber.org:  Aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəştli mənzillərin satışından hələ bir il keçməmiş maraqlı statistika ortaya çıxır. Belə ki, sosial şəbəkələrdə, daşınmaz əmlakın kirayəsi barədə elanların yerləşdirildiyi saytlarda kirayə təklif edilən MİDA mənzillərinə tez-tez rast gəlinir. Əşyasız, sadəcə mətbəx mebeli ilə təmin edilmiş, heç vaxt yaşayış olmamış yeni mənzillərin kirayə qiymətləri aylıq 300 manatdan başlayır. Yasamal ərazisində, şəhərin mərkəz hissələrində yerləşdiyinə görə həmin sosial evləri kirayə götürmək istəyən müştərilər də kifayət qədər çoxdur.

 

Aztəminatlı ailələrin güzəştlə sahib olduğu mənzillərin elan saytlarında kirayə təklif edildiyini görəndə maraqlı sual ortaya çıxır. Bu mənzillər ehtiyacı olan ailələrə satılıbsa, niyə əksəriyyəti yaşayış üçün istifadə edilmir, kirayə verilir?

 

Bu barədə  danışan iqtisadçı, ekspert Natiq Cəfərli də bu fakt maraq doğurduğunu təsdiqləyib. 

 

İqtisadçının fikrincə, güzəştli mənzillər aztəminatlı ailələrə satılıbsa, məntiqlə həmin evlərdə alan ailələr özləri yaşamalıdır:

“Əgər sosial ev kimi aldıqları mənzilləri kirayə verirlərsə, deməli həmin ailələrin mənzilə ehtiyacları yoxdur, ona görə kirayə verib pul qazanmağı düşünürlər. Əslində burada qəbahət heç bir məqam yoxdur. Hər kəsin mənzilini kirayə vermək, satmaq, dəyişdirmək hüququ var. Biz həmin şəxslərin niyə sosial mənzilləri kirayə verdiyinə irad tuta bilmərik. Sadəcə məsələ odur ki, bu vəziyyət hüquqi olsa da, ədalətli deyil. İnsanlar var ki, illərdir çox pis vəziyyətdə yaşayırlar, güzəştli mənzillərə çox ehtiyacları var. Halbuki bu mənzilləri əlavə ev almaq niyyətilə yanaşan şəxslər əldə ediblər. Həqiqətən də, güzəştli mənzillərin əksəriyyəti kirayə verilirsə, deməli mənzillərin satışı zamanı, kriteriyaların müəyyənləşdirilməsində ciddi yanlışlara yol verilib. Həmin mənzillər ehtiyacı olanlara deyil, ucuz qiymətə əlavə mənzil almaq istəyən insanların payına düşüb. Problemin kökü mənzillərin bölgüsündə olan ədalətsizlikdədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam