Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Çin ölkəyə gələn turistlərin mobil telefonlarında - “Balverən arı” əməliyyatı keçirir

İnsanlar üzərində total nəzarət sistemini həyata keçirməyə çalşan Çin dövləti bu siyasəti xarici turistlər üzərində gerçəkləşdirməkdən də çəkinmir.

Yenixeber.org: İsveçrənin “Tages-Anzeiger” qəzeti bununla bağlı maraqlı məqalə dərc edib.

Qəzet Mixail Kummer adlı isveçrəli bir iş adamının Qırğızıstan-Çin sərhədində saxlanılaraq sərhədçilər tərəfindən mobil telefonun müsadirə edildiyini, 15 dəqiqə sonra isə hansısa proqram yazılaraq geri qaytarıldığını xəbər verib. Sərhədçilər zorla onun telefonun şifrəsini açmağa da məcbur ediblər.

“Süddeutsche Zeitung” qəzeti isə Çinin şərq bölgəsinə səfər edən hər bir turistə, hətta yerli çin sahibkarlarına da belə bir tələb edildiyini bildirir.

“Sərhədçi öncə toplanılan telefonları kabel ötürücüsüz şəbəkəyə bağlayıb, oraya 3,9 mb-lıq proqram yükləyir. Daha sonra telefonun interfeysində ikisahəli ağ ekran peyda olur. Onların birində “Axtarışa başlama”, digərində isə “ləğv etmək” yazılıb. Məmur axtarışa başlama yerinə basdıqdan sonra telefondakı bütün şəxsi məlumatlar xüsusi xidmət orqanlarına ötürülür”,-deyə yazıda qeyd olunub.

Toronto universiteti nəzdində fəlaiyyət göstərən “Citizen Lab” laboratoriyasının eksperti Ron Deybert qəzetə verdiyi müsahibədə həmin proqramı Çinin Sincan əyalətini “rəqəmsal həbsxanaya” çevirmək yolunda atılan “distoptik planı” adlandırıb.

Proqramın loqotipi telefonda elə də gözə dəymir. Android sisteminin loqosuna çox bənzəyən həmin əlavəyə diqqətlə baxıldıqda onun Fengcai-yəni “bal toplayan arı” adlandırıldığını görmək olur.

“Bu “arılar” isə hər şeyi toplayır. Proqram əlavəsi telefon sahiblərinin şəxsi təqviminə, SMS kontaktlarına, yaddaş kartına, telefon siyahısına daxil olmağa imkan verir. Özü də o yalnız Android operativ sistemində çalışır”,-deyə yazıda vurğulanıb.

Yazıda həmin proqramın öncə məlumatları topladıqdan sonra çeşidlədiyini, onun əsasında xüsusi cədvəl tərtib edərək məlumatları sahibkarın icazəsi olmadan bağlandığı hansısa kompüterə hesabat kimi göndərdiyi bildirilir. Həmin kompüterdə isə təhlükəsizlik xidmətinin əməkdaşı məlumatların ilkin analizini tətbiq edir.

Burada təqvindəki qeydiyyatlar, kontaktlar, SMS mesajları, habelə bütün kontaktların profilləri incələnir.
Almaniyanın Bohum şəhərində yerləşən Rur universitetinin ekspertləri proqramı araşdıraraq onun smartfonlarda nə aradığını öyrənmək istəyiblər.

Bunun üçün proqram telefonun içindəki informasiya ilə məlumatlar bazasındakı faylların müqayisəli təhlilini aparır. Onları isə əsasən İŞİD-in təbliğat materialları, cihad çağırışları ilə bağı videolar, hətta ərəb dilində yazılan hər şey maraqlandırır.

Digər fayllar Tibet və Dalay-Lama, habelə Tayvan adası ilə bağlıdır.

“Bütün bunlar Si Tzinpin rəhbərliyi altındakı güclü Çinin necə paranoya atmosferinə qərq olduğunu və bu hissin cəmiyyətin bütün aspektlərinə və ölkənin mədəni həyatına sirayət etdiyni göstərir,”-deyə “Tages-Anzeiger” qəzetinin yekununda deyilir.

(Musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam