Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda məşhur restoranda turistə 6 manatlıq salatı 41 manata satdılar –FOTO

 

İstirahət mövsümünün start götürdüyü bir vaxtda ölkəmizə turist axını davam etməkdədir


Xüsusi ilə Yaxın Şərq ölkələrindən gələn turistlər Bakı və digər istirahət mərkəzlərinin olduğu bölgələrimizə üz tuturlar.
Ümumiyyətlə, turist artımının hər bir ölkənin həm turizm sahəsini, həm də iqtisadiyyatını dirçəltdiyi hər birimizə məlumdur. Bunun üçün istirahət mərkəzləri, otellər, kafe və restoranlar öz xidmət səviyyələrini inkişaf etdirməkdə maraqlı olmalıdır. Lakin, təəssüf ki, bunun əksini gələn vətəndaş şikayətlərindən də görürük.
Tez-tez mediada kafe və restoranlarda turistlərə qarşı “hesab şoku” yaşadılması ilə bağlı xəbərlər yer alır. Turistlər aldığı yeməyin öz qiymətindən ən azı 2 dəfə çox hesab ödəməli olur. Hətta restoran və kafelərin turistlərə qarşı bu ədalətsiz qiymət siyasətinə yerli vətəndaşlar da etiraz etməyə başlayıb.
Yenixeber.org:  Bu dəfə “PAKDAD” restoranlar şəbəkəsi ilə bağlı olan vətəndaş şikayətini sizlərə təqdim edir. Bakı sakini olan Günay adlı xanım özünün şahidi olduğu hadisədən hiddətlənib, bununla bağlı şikayətini bildirib.
Belə ki, asiyalı vətəndaş buradan bir yemək və salat götürüb və bunun müqabilində 41 AZN ödəməli olub. Daha sonra həmin turist kassirdən yanındakı yerli sakinin götürdüyü yeməyin qiymətini soruşub, kassir turistə “siz götürdüyünüzün qiyməti ödəyin, daha sonra həmin yeməyin qiymətini deyərik”- deyib nəhayət onda pulu alıb. Bunun şahidi olan azərbaycanlı müştəri vəziyyətə müdaxilə edərək, turistin götürdüyü yeməyin qiymətini öyrənib. Məlum olub ki, həmin asiyalı turistin götürdüyü yemək 7 AZN, salat isə 6 manat imiş. Yerli sakin kassirdən çek tələb edəndə isə kassir ona “siz əyləşin biz özümüzü problemi həll etməyə çalışarıq”- deyib. Qeyd edək ki, hadisə restoranın “28 Mall” ticarəkt mərkəzində yerləşən filialında baş verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam