Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İnterpolun axtardığı cərrah Rusiyaya verilir

 

   Araşdırma nəticəsində qalmaqallı cərrahın Rusiya vətəndaşı olduğöu müəyyənləşib

    "Xeberinfo.com": Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Rusiyada İnterpol tərəfindən axtarışda olan Elçin Məmmədov barədə açıqlama verib.

    Məlumata görə, o bildirib ki, araşdırma nəticəsində doktor Elçinin Rusiya vətəndaşı olduğu ortaya çıxıb. “Məsələni araşdırdıq və məlum oldu ki, Rusiya vətəndaşı olan Elçin hazırda axtarışdadır. Rusiya hüquq mühafizə orqanları tərəfindən axtarışa verilib və Azərbaycan ərazisində yeri müəyyən olunarsa həbs olunaraq Rusiyaya təhvil veriləcək”.

   Xatırladaq ki, Rusiyanın “Komsomolskaya pravda” qəzeti 2007-2012-ci illərdə Moskvada işləyən plastik cərrah Elçin Məmmədovu dələduzluqda və insan ölümündə günahlandıraraq İnterpol tərəfindən axtarışa verildiyi barədə məqalə hazırlayıb.

Qəzet “Estet klinika” və “Lanset” klinikasında çalışdığı zaman plastik cərrahiyyə aləmində “rəssam” kimi tanınan doktorun bir neçə qadını bədbəxt etdiyini, birini isə öldürdüyünü yazır. Cərrahın Moskva sakini Anna Spitsına üzərində uğursuz əməliyyat keçirdiyini və xanımın bu günə qədər komada olduğunu iddia edilir. “KP” həmçinin bildirir ki, 2012-ci ildən sonra Elçin Məmmədov həbs olunacağını bildikdən sonra Rusiyadan qaçaraq Azərbaycana gəlib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam