Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məhəmməd Baharlı vəfat etdi

 

 

Görüntünün olası içeriği: 1 kişi
Azərbaycan ədəbiyyatına, mətbuatına ağır itki üzv vermişdir. Tanınmış nasir, publisist MƏHƏMMƏD BAHARLI 71 yaşında vəfat etmişdir.

Məhəmməd Baharlı (Məhəmməd Əhməd oğlu Əhmədov) 12 mart 1948-ci ildə Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdur. Orta məktəbi  doğma kəndində bitirdikdən sonra 1965-1969 illərdə Azərbaycan Dövlət Universitetinin  jurnalistika fakültəsində təhsil almışdır.

Məhəmməd Baharlı əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, 1970-1971  illərdə ordu sıralarında xidmət etmişdir. O, "Azərbaycan məktəbi" jurnalı redaksiyasında şöbə müdiri, məsul katib (1971-1985), "Kənd həyatı" jurnalı redaksiyasında məsul katib (1986-1988), "Azərbaycan məktəbi" jurnalı redaksiyasında məsul katib (1988-1989), "Gənclik" və "Молодость” jurnalları redaksiyasında məsul katib (1989-1992), "Təhsil" qəzetinin baş redaktoru (1992-1993) vəzifələrində işləmişdir. 1993-cü ildən “Azərbaycan müəllimi” qəzetinin fəaliyyətini bərpa etmiş, 2002-ci ilədək onun baş redaktoru olmuşdur. Uzun illər idi ki, Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyat tədrisi"nin baş redaktoru idi.

Məhəmməd Baharlının indiyə kimi “Dərs müasirlik tələb edir” (Bakı, 1981), “Gəlin gülək” (Bakı, 1985), “Həyat işığı” (Bakı, 1988), “Məktəbdə pedaqoji işə rəhbərlik”  (Bakı, 1999), “Dünya təhsil sistemi: dünən, bugün, sabah” (Bakı, 2002), “Qoca türkün şərqiləri (150 şeir)” (Bakı, 2003),  “Azərbaycan tarixi: Baharlılar” (Bakı, 2010) və başqa  kitabları çap olunmuşdur.

Məhəmməd Baharlının dörd cilddən ibarət “Seçilmiş əsərləri” ilk dəfə 2012-ci ildə işıq üzü görmüşdür. Bu cildlərə müəllifin publisistikaya, pedaqogikaya aid əsərləri ilə yanaşı, poeziya nümunələri, povest və hekayələri daxil edilmişdir.

Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, nasir, publisist Məhəmməd Baharlının vəfatı ədəbiyyatımız, mətbuatımız üçün böyük itkidir. Məhəmməd Baharlının əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət etsin!

 

Orxan Zakiroğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam