Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Məmurların media ilə ünsiyyətdən qaçmasının səbəbləri

Yüksək vəzifəli şəxslərdən müsahibə almaq imkanları minimuma enib

Yenixeber.org: Son illər Azərbaycan mediasının hökumət məmurlarından, nazirlərdən, vəzifəli məmurlardan müsahibə almaq imkanları minimuma enib. Bir neçə il bundan öncə ilə müqayisədə əksər nazirlər mütəmadi olaraq mətbuat konfransı keçirmirlər, nadir hallarda jurnalistlərin suallarına cavab verirlər. “Yeni Müsavat” dəfələrlə müxtəlif nazirlərə, komitə sədrlərinə müraciət edərək, onları redaksiyanın studiyasına dəvət edib. Amma hər zaman rədd cavabı alıb, ən yaxşı halda isə komitənin mətbuat xidməti rəhbərlərini müsahibəyə göndəriblər.

Amma bir məqam da özünü göstərir ki, məmurlar, deputatlar media ilə danışmağı tərcih edəndə daha çox müstəqil, müxalif fikirləri də dərc edən mediaya müraciət edirlər. Ekspertlərin fikrincə, hakimiyyət nümayəndələri də iqtidar mətbuatı deyilən qəzet və saytların oxucularının az olduğunu düşünürlər. Belə ki, bir çox hallarda ora verilən müsahibələr təsirsiz qalır, çox adamın bu barədə xəbəri olmur.

Amma iqtidar nümayəndələrinin müstəqil mediaya danışmaqda həvəsli olmasının digər səbəbi onlar haqqında zaman-zaman həmin media orqanlarında tənqidi materialların dərc olunmasıdır. Şəxsi təcrübəmizdən çıxış edərək, deyə bilərik ki, bəzən məmur illər öncə qəzetdə onun barəsində dərc edilən tənqidi köşəni əsas götürüb, həmin media orqanına embarqo qoyur. Dövlətdən asılı olan media orqanları zaman-zaman tənqid yazsalar da, onların tənqid obyekti məhdud olur. Amma azad mediada mövzu rəngarəngliyi olduğu üçün bu məsələ öz həllini asanlıqla tapa bilir.

Bundan başqa, illər öncə nazirlər, komitə sədrləri mediada daha çox görünürdü. Amma indi televiziyalarda ikinci, üçüncü, dördüncü dərəcəli adamlar çıxış edirlər, əsas səlahiyyət sahibləri az hallarda   müsahibələr verirlər. Bunu təkcə medianın yox, ümumən cəmiyyətin problemi adlandırmaq olar. Bu mənzərənin yaranmasının əsas səbəbi isə əksər məmurların media qarşısına çıxmağa hazırlıqsız olmasıdır. Belə ki, onlar bir çox hallarda müsahibə verəndən sonra tənqidlərə tuş gəlirlər, verdikləri açıqlamalardakı boşluqlara görə tənqid olunurlar.

Milli Məclisə akkreditasiya olmuş həmkarlarımızın dediyinə görə, daha büdcə müzakirələri günlərində parlamentə gələn məmurlar da jurnalistlərin olduğu tərəflərdən keçmirlər - iclas zalına arxa qapıdan gəlib, oradan da gedirlər.

Bu şəraitdə jurnalistlərin hansısa nazir, komitə sədri və ya digər rəhbər şəxslə təmas imkanı yalnız açıq havada keçirilən kütləvi tədbirlər zamanı yaranır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam