Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hökumət mediası kef edir, müxalif və müstəqil KİV qan ağlayır


 

  "Xeberinfo.com": İyulun 22-i Milli Mətbuat günü idi. Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəçşr etməsiylə əsası qoyulan mətbuatımız bu 139 ildə enişli, yoxuşlu bir yolu qət edib. Ancaq heç zaman son illərdəki qədər mətbuatın durumu acınacaqlı olmayıb. Görünən budur ki, media, xüsusən də yazılı KİV-in durumu qarşıdakı aylarda daha da pisləşəcək. Tənqidçi medianı Azərbaycan hakimiyyəti birmənalı qarşılamır. Hökumət onu tənqid edən media qurumlarını ya satın alır, ya da susdurur. Susmayanları başqa vasitələrlə cəzalandırır. Kimini həbs edir, kimini döydürür, kimini də…

Təsadüfü deyil ki, son illərdə beynəlxalq təşkilatların hesabatında Azərbaycan hökuməti mətbuatın düşməni elan edilib. ATƏT-in sərhədləri çərçivəsində hazırda ən çox məhbəsdə jurnalisti olan ölkələrdən biri Azərbaycandı.

Hökumət isə hər şey yaxşıdır deyib, onu tərifləyən imkanlar yaradır, tənqidçilərini hər addımda vurur. Şəhərin gözəlləşdirilməsi adı altında köşkləri dəyişdirir və yeni “Press Kiosk”lara elə yer haqqı tətbiq edirlər ki, satıcılara qəzet satmaq sərf etmir. Metro stansiyalarda terrorun qarşısını almaq adı altında satış yığışdırılır, rayonlara qəzet aparılması üçün şərait yaradılmır. Ölkənin əksər kəndlərində köşklər yoxdur.

“Azadlıq”a edilən basqılardan, hücumdan danışmağa dəyməz. Dəyərli oxucular bizim problemlərimzidən halidi.

Mətbuatın problemləriylə bağlı sadaladığımız problemlərin kiçik bir qisminə baxmayaraq hökumət mediası Mətbuat Günüylə bağlı başqa cür düşünür.

Yeni Azərbaycan Partiyasının rəsmi mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qəzetin dünənki sayında “Milli mətbuatımız heç vaxt indiki qədər azad, müstəqil və təminatlı olmayıb” başlığıyla böyük yazı hazırlayıb. Hökumətin “qayğı”sından bəhs edib. Başqa bir hökumət qəzeti – Milli Məclisinin orqanı olan “Azərbaycan” qəzetində baş redaktor, həm də deputat olan Bəxtiyar Sadıqov “Mənim evim var!” adlı yazı açp edib. Materialda yalnız jurnalistlərə verilən evlərdən bəhs edib.

Hər iki baş redaktorun yazısında ölkədə tənqidçi mediaya qarşı açılan savaşdan bir kəlmə də söz açılmayıb.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Moderator.az-a açıqlamasında milli mətbuatın son bir ildəki vəziyyətini xarakterizə edib. Mətbuatdakı mövcud durumun bu müddət ərzində daha da pisləşdiyini vurğulayan M.Əliyev bütün təhlillərin bunu təsdiqlədiyini vurğuladı: “Son bir ildə mətbuatın durumu yaxşılaşmayıb, əksinə daha da pisləşib. Bu sahədə ciddi geriləmələr var. Istər mediaya göstərilən təzyiq, istər jurnalistlərin həbsi, istər mətbuatın maddi baxımdan durumu və s. bunu göstərir. Mən bunu kimliyindən asılı olmayaraq ölkə rəsmilərindən istənilən şəxsə debatda isbatlamağa hazıram. Əgər kimsə bunun əksini iddia edirsə, o zaman onunla debatda üz-üzə gələ bilərik. Hazırda bununla bağlı geniş bir məqalə də yazıram və yəqin ki, yaxın vaxtlarda dərc olunacaq”.

Tanınmış jurnalist isə “Facebook” soial şəbəkəsində bayramla bağlı bunları yazıb: “...“Əkinçi”nin getdiyi kəndlərə indi qəzet getmir. ...Jurnalistlərə ev verilir, qəzet evləri - köşklər isə sökülür. Milli Mətbuat gününü yada salanda milli mətbuatın nə gündə olduğunu da unutmayın”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam