Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müstəqil media müdafiə Nazirliyindəki tədbirə niyə dəvət olunmadı?


 

"Xeberinfo.com": İyulun 18-də Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının birgə təşkilatçılığı ilə bir sıra media qurumlarının nümayəndələriylə görüşü keçirilib. Milli Mətbuat Günü ərəfəsində keçirilən tədbirdə ordu və media arasında qeyri-rəsmi anlaşma olub. Anlaşmaya əsasən, bundan sonra milli maraqlar və dövlətçilik əleyhinə dəqiq olmayan məlumatlar mətbuatda getməyəcək.

Müdafiə Nazirliyinin idarə rəisi, polkovnik Rauf Kişiyev, polkovnik Rüfət Əmirov və mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı media ilə əlaqələrin qurulması məsələləri barədə fikirlərini bölüşüb və qonaqları maraqlandıran suallara aydınlıq gətirib. Məlumat üçün bildirək ki, 10-dək qəzet və internet portalının rəhbərlərinin qatıldığı tədbirdə televiziya və radiolar iştirak etməyib. Müxalifyönlü qəzetlərin rəhbərləri dəvət olunsalar da, tədbirə qatılmayıblar.

Bu xəbər sosial şəbəkələrdə jurnalistlərin marağına səbəb olub. Kimi görüşü müsbət addım kimi xarakterizə edib, kimisi isə bunun əksini yazıb. Tənqid edənlərin əksəriyyəti düşünür ki, Müdafiə Nazirliyinin belə bir görüş keçirməsinin əsas məqsədi mətbuatda onlar haqda gedən yazıları dayandırmaqdı.

Görəsən, nədən müxalifyönlü və müstəqil qəzetlər görüşdə iştirak etməyib? Həqiqətənmi onlar gələn dəvətdən imtina ediblər?

“Azadlıq “qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, Müdafiə Nazirliyindən heç kim onlara tədbirə dəvət etməyib.

“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev özünün “Facebook” səhifəsində görüşlə bağlı bunları yazıb: “Saytlardan birində oxudum ki, redaktorlar Müdafiə Nazirliyi ilə gizli anlaşıb, nə bilim, razılığa gəlib və.s. Mənə də maraqlıdır, onlar nə barədə anlaşıb. Çünki orda iştirak etməmişəm. İzlədiyim qədər şablon bir görüş olub. Bəli, Müdafiə Nazirliyinə zəng edəndə zəngə cavab veriləcək, zəng edənlər də əldə etdikləri məlumatı yazmazdan əvvəl ora zəng edəcəklər. Bu gürüşün bir nəticəsi odur ki, jurnalistlərlə ordunun mətbuat xidməti daha çox zəngləşəcək. Zənglərə verilən şablon cavablar da ki, əvvəlcədən məlumdur. Qəbul edirəm ki, ordu həssas mövzudur. Amma mənim üçün maraqlıdır ki, onlar nədə anlaşıblar - ordudakı korrupsiyadan, əsgər ölümlərindən, əsgərlərə qarşı işgəncə faktlarından və sair yazılmayacaq o media orqanlarında. Əksəriyyəti onsuz da yazmırdı. Daha bununla bağlı nə anlaşma? Həm də Kərim Vəliyev yox, Zakir Həsənovun özü görüşməlidir media ilə. Və gerçəkdən problemlər qaldırılmalıdır o görüşdə. Daha yığışıb bir-birimizi tərifləməyin nə mənası var?”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam