Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İŞBİLMƏZ NAZİR HƏM DƏ “ŞAPKA” TƏLƏB EDİRDİ! –İnam Kərimov inamı doğrulda biləcəkmi?…

 

heyder_inam

Yenixeber.org: Prezident seçkilərindən sonra – hökumətin yenidən formalaşdırılması zamanı istefaya göndərilə biləcəyi fikrini yaxına buraxmayan nazirlərdən biri də Kənd təsərrüfatı naziri Heydər Əsədov olub. Sabiq nazirə yaxın mənbə “AzPolitika.info”ya bildirib ki, H.Əsədov yenidən təyin olunacağına o qədər əmin idi ki, hətta gözlənilən təyinat xəbərlərinə maraq belə göstərmirdi. Yaxınlarından birinin təyinatlarla bağlı sorğusuna sabiq nazir təxminən belə reaksiya verib: “A kişi, o məsələlərin bizə aidiyyatı yoxdur!” Yəni, H.Əsədov onun təyinatı məsələsinin müzakirə mövzusu olmadığını bildirmək istəyirdi.

Sabiq nazirin bu özündənəminliyi nə ilə bağlı olub, demək çətindir. Zaman sübut etdi ki, o, ciddi şəkildə yanılıb. Yaxud, onda bu əminliyi yaradanlar sözlərinin üstündə dura bilməyiblər. H.Əsədov və onun himayədarlarından fərqli olaraq, cəmiyyətdə onun təyin olunmayacağına inam güclü idi.

H.Əsədovun istefaya göndərilməsini bir neçə faktor şərtləndirirdi: Ziya Məmmədovla qudalıq və sahə üzrə qeyri-peşəkarlıq, eyni zamanda kənd təsərrüfatı sektorunda artan korrupsiya və naşılıq! Şübhə yoxdur ki, məhz bunlara görə,  H.Əsədovu sığındığı qüdrətli dairələr də xilas edə bilmədilər (Bəlkə də istəmədilər-red.) və beləliklə də, kənd təsərrüfatı sektorunda daha bir dövr qapandı.

Əsədovdan boşalan nazir postuna isə Azərbaycan hökumətinin ən uğurlu layihəsinin – Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN XİDMƏTİN) sədri İnam Kərimov təyin edilib. Bu təyinat ictimaiyyət arasında birmənalı qarşılanmadı. Bir çoxları İnam Kərimovun rəhbərliyi altında ASAN Xidmətdə vətəndaşlara yaradılan şəffaf və keyfiyyətli xidməti əsas götürərək, onun Kənd Təsərrüfatı naziri təyin olunmasını ən doğru seçim kimi dəyərləndirdi (Əlbəttə, istənilən təyinatı alqışlayan məddahları nəzərdə tutmuruq – müəl.). İnam Kərimovun fermerlərin qarşılaşdığı çətinlikləri, süni maneələri tezliklə aradan qaldıracağına və sahənin inkişafına təkan verəcək addımlar atacağına ümid edilir.

Ancaq İnam Kərimovun da Heydər Əsədov kimi aqrar sektor üzrə mütəxəssis olmadığna diqqəti çəkərək, bu təyinatın doğruluğuna şübhə ilə yanaşanlar, tənqid edənlər də az deyil. Bu zaman maliyyəçi Heydər Əsədovun kənd təsərrüfatı naziri işlədiyi dövrdə aqrar sektorda hansı vəziyyəti yaratdığına, yad bir sahədə olduğunu az qala hər bir qərarında, çıxışında nümayiş etdirdiyinə diqqət yönəldilir. Dövlətin böyük dəstəyinə baxmayaraq, kənd təsərrüfatında ciddi irəliləyişin əldə olunmaması, bir çox sahələrdə hətta dərin tənəzzülün baş verməsi məhz Heydər Əsədovla, onun həm özünün, həm də ətrafının sahə üzrə diletantlığı ilə bağlanır. Haqsız da sayılmazlar…

azprotein_foods_group_230915_02

Heydər Əsədov kənd təsərrüfatını inkişaf etdirə bilmədi

Məsələ ondadır ki, son illər, xüsusən də neftin dünya bazarındakı qiyməti kəskin enəndən sonra Azərbaycan hökumətinin inkişaf etdirməyə çalışdığı sahələr arasında kənd təsərrüfatı birinci yerdə dayanıb. Həm ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac potensialının artırılması, həm də əhalinin məşğulluğunun təmin olunması və külli miqdarda valyutanın xaricə axmasının qarşısını almaq baxımından, aqrar sektorun inkişafına xüsusi önəm verilib. Buna görə də, Prezident İlham Əliyev keçirdiyi bütün müşavirələrdə aqrar sektora xüsusi yer ayırıb, bu sahənin inkişafı ilə bağlı göstərişlər verib.

Eyni zamanda, kənd təsərrüfatına dövlət dəstəyinin, subsidiyaların artırılması, fermerlərin lazımı texnika və aşağı faizli kreditlərlə təmin olunması istiqamətində geniş tədbirlər həyata keçirilib. Ancaq bütün bunlara baxmayaraq, kənd təsərrüfatında sıçrayışlı inkişafa hələ də nail olmaq mümkün olmayıb. İnkişaf yalnız şişirdilmiş statistik rəqəmlərdə özünü göstərib. Böyük vəsaitlər xərclənsə də, səmərəlilik əldə olunmaması təbii ki, ilk növbədə idarəetmənin effektsizliyini ortaya çıxarıb. Ancaq yanız bu deyil…

Əsədovun ətrafına kənd təsərrüfatını inkişaf etdirmək qabiliyyətində olan mütəxəssisləri deyil, özünə yaxın dost-tanışı toplaması, dövlətin bu sahəyə ayırdığı vəsaitlərin ünvanına çatmaması, subsidyaların “şapkasız”, lizinqlə alınan aqrotexnikanın fermerlərə rüşvətsiz verilməməsi və sair bu kimi hallar aqrar sektora ağır zərbə vurub.

İnam Kərimov ya bacarıqlı bir dövlət xadimi kimi tanınacaq, ya da…

maxresdefault

İnam Kərimovu çətin bir vəzifə gözləyir. O, ilk növbədə Heydər Əsədovun nazirliyə topladığı korrupsioner və eyni zamanda diletant komandanı ordan uzaqlaşdırmalı, həqiqi mütəxəssisləri iş başına qaytarmalı və ən əsası, korrupsiyanın kökünü kəsməlidir. Yalnız bundan sonra kənd təsərrüfatının həqiqi inkişafından danışmaq olar. Ona görə də, İnam Kərimovun üzərinə böyük məsuliyyət qoyulduğunu, ona sözün həqiqi mənasında çətin bir vəzifə tapşırıldığını söyləyə bilərik.
Bu vəzifənin öhdəsindən necə gəlməsi yalnız kənd təsərrüfatının gələcəyini deyil, elə İnam Kərimovun özünün də, bir növ imicini, karyerasını müəyyən edəcək. Əgər vəziyyəti dəyişə, nazirliyin fəaliyyətində əsaslı dönüş yarada, aqrar sektorun inkişafına nail ola bilməzsə, bu onun ASAN Xidmətdə qazandığı müsbət reputasiyanı da itirməsinə səbəb olacaq. ASAN Xidmətdəki şəffaflıq və iş keyfiyyətinin onunla bağlı deyil, burada formalaşdırılmış sistemlə bağlı olması fikri yaranacaq.

Yox, əgər gözlənilən dəyişiklikləri sürətlə reallaşdıraraq, kənd təsərrüfatının inkişafına mane olan halları aradan qaldıra, bu nazirlikdə də şəffaf mühit, keyfiyyətli iş rejimi yarada bilsə, İnam Kərimov bacarıqlı bir dövlət xadimi kimi özünü sübut etmiş olacaq. Əlbəttə, kənd təsərrüfatı kimi mürəkkəb bir sahəni idarə etmək, burada qısa müddətdə uğurlu nəticələr qazanmaq, inkişafa nail olmaq o qədər də asan deyil. Aqrar sektorun hər bir sahəsinin inkişafı uzunmüddətli və ardıcıl zəhmət, düşünülmüş və islahatyönümlü siyasət tələb edir. Bunun üçün isə fikrimizcə, İnam Kərimovun bəzi istiqamətlərdə təxirəsalınmaz addımlar atmasına ehtiyac var.

Şərabçı İsmət Abbasov və maliyyəçi Heydər Əsədov “pulyığanları” vəzifələrə doldurub!

1467758683_1

Birincisi, doğru kadr seçimi həyata keçirilməlidir. Kənd təsərrüfatını güclü bilən insanlar bu gün kənarda qalıb. Nazirliyə kənd təsərrüfatı üzrə mütəxəssisləri cəlb etmək zəruridir.

Həm də vəzifələrə sadəcə aqrar sahədə təhsili olan sıradan birilərini deyil, Azərbaycanda kənd təsərrüfatındakı mövcud vəziyyəti, problemləri dərindən bilən, onların həlli yolları barədə yenilikçi düşüncələrə malik, ölkənin iqtisadi çoğrafiyasından tam məlumatlı, bu sektordan böyük vəsait götürən dövlətlərin təcrübəsini öyrənmiş həqiqi mütəxəssisləri təyin etmək lazımdır.

Çünki kənd təsərrüfatında mövcud vəziyyətin yaranmasının başlıca səbəbi nazirlikdə ixtisaslı kadrların sahə üzrə diletant şəxslərlə əvəzlənməsidir. Əvvəlcə şərabçı İsmət Abbasov, sonra isə maliyyəçi Heydər Əsədov nazirliyi uzun illər ərzində yetişmiş mütəxəssislərdən “təmizləyərək”, əvəzinə “pulyığanları” vəzifələrə doldurublar.

“Kənd Təsərrüfatı Nazirliyində rəhbər işçilərin heç biri mütəxəssis deyil”

hqdefault

Azərbaycanda aqrar sektorun problemlərini dərindən bilən mütəxəssislərdən biri olan Kənd Təsərrüfatı Nazirliyinin sabiq idarə rəisi Sabir Vəliyev bunu dəfələrlə bəyan edib. O, Heydər Əsədovun ixtisaslı kadrları çıxarıb, yerinə institutu yenicə bitirmiş maliyyəçiləri vəzifəyə gətirməklə, kənd təsərrüfatını məhvə apardığını bildirirdi. Sitat: “Burada adi şöbə müdirləri belə düzgün seçilməyib. Onların bəziləri nazirin qohumlarıdır, çoxu da rüşvətlə işə götürülüb. Bu, kənd təsərrüfatını çox böyük tənəzzülə aparır… 

7Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyində rəhbər işçilərin heç biri mütəxəssis deyil… 

Heydər Əsədovun müavini İlham Quliyev kiminsə yaxın adamıdır. O, tikinti işçisidir, nazirlikdə təftişi, maliyyəni ona veriblər. Onun kənd təsərrüfatından anlayışı yoxdur, ümumiyyətlə, bu sahədən başı çıxmır. 

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbova 17 institut tabedir. O kənd təsərrüfatında elmi-tədqiqat aparılması işlərini nə bilir ki, elmi müşavirə keçirib, istiqamət versin? O, baytarlığın, bitki mühafizəsinin, eləcə də elmin digər sahələri üzrə alimlərə nə deyə bilər? Heç nə bilməyən mütəxəssisləri gətirib nazir müavini qoymağın mənası yoxdur…

Son illər Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində nazir olan adamlar qeyri-mütəxəssis olduğu üçün peşəkar adamları oradan uzaqlaşdırır ki, ona maneçilik törətməsin”.

“Biabırçılıqdı, idarə rəislərinin hamısından 60-70 min manat pul alıblar”

““Aqrolizinq” ASC-yə sədri fermer qoyublar. Ora rəhbər olan şəxs hər bir texnikadan xəbərdar olmalıdır, bitki mühafizəsindən məlumatlı olmalıdır. Bunların hamısı ölkə üçün önəmli bir sahədir. Əgər Kənd Təsərrüfatı Nazirliyinə peşəkar adamlar təyin edilsə, dövlət büdcəsinin böyük hissəsini kənd təsərrüfatı məhsulları ödəyərdi…

Yerlərdə prezidentin sərəncamı ilə kənd təsərrüfatı idarələri açılıb, amma Heydər Əsədov ora qeyri-peşəkar adamları yığıb… Kadrlar idarəsində işə götürülənlər rüşvətdən başqa heç nə bilmir. İdarə rəislərinin hamısından 60-70 min manat pul alıblar. Ora pul verib girən adamların hamısı da peşiman olub. Əvvəllər belə şey olmamışdı. Bu, biabırçılıqdı. Belə nazirlik olmaz” - bunları da Sabir Vəliyev müsahibələrinin birində deyirdi.

Göründüyü kimi, İnam Kərimovun ilk işi nazirliyi, onun yerli idarələrini “təmizləmək”, mütəxəssisləri vəzifəyə təyin etmək olmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə toplanmış qeyri-peşəkarlarla sahəni inkişaf etdirmək olmaz.

“Hər kəsdən “şapka”, hər yerdən rüşvət” prinsipi…

İkincisi, nazirlikdə hələ İsmət Abbasovun zamanından formalaşmış, Həydər Əsədovun dövründə inkişaf etdirilmiş “HƏR KƏSDƏN “ŞAPKA”, HƏR YERDƏN RÜŞVƏT” prinsipinə son qoyulmalıdır.

Daha açıq desək, subsidiyaların, kənd təsərrüfatı kreditlərinin “şapka” ilə, texnikanın “otkat” şərtilə verilməsi təcrübəsi aradan qaldırılmalıdır. Bunu üçün də ilk növbədə həmin sahələrə məsul şəxslərin dəyişdirilməsinə ehtiyac var. Dəyişikliyə, fermerlərin daha çox narazı qaldığı “Aqrolizinq” ASC-dən başlamaq olar. Heydər Əsədovun bu qurumun başına gətirdiyi fermer Elşən Məmmədov da sabiq sədri Əli Bayramovun vaxtından qalan ənənəni dəyişdirə bilməyib, ya da istəməyib.Quruma müraciət edən hər kəsə “bazarlıq” təklif olunub.

MG_5079

Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, “Aqrolizinq” ASC dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verməlidir. Cəmiyyət həmçinin gübrələri, damazlıq mal-qaranı, məhsuldar toxum sortlarını da alaraq fermerlərə güzəştli şərtlərlə satmalıdır. Ancaq…

“Aqrolizinq” ASC-də fermerlərə texnikanın pulu “otkat” şərtilə verilir

Ancaq “Aqrolizinq” ASC-də 20 faizlə razılaşmırlar. Texnika və avadanlıqlar almaq məqsədilə kənd təsərrüfatı istehsalçılarına ayrılan pulun müəyyən hissəsi geri istənilir. Yəni, fermerlərə texnikanın pulu “otkat” şərtilə verilir. “Otkat”ın faizi isə ayrılan vəsaitin həcmindən asılı olaraq dəyişir.

Məsələn, sahibkar F.Ələsgərov “AzPolitika”ya şikayətində yazır ki, “Aqrolizinq”də ondan 15 faiz “otkat” tələb ediblər. Razılaşmadığı üçün isə nazir Heydər Əsədovun onlarla adamın, o cümlədən jurnalistlərin qarşısında söz verməsinə baxmayaraq, pul ayırmaqdan imtina ediblər. “Oktyabrın 17-də Bərdədə H.Əsədovun fermerlərlə görüşündə iştirak etdim. Bir təhər, xahiş-minnətlə nazirlə görüşə buraxıldım və ondan xahiş etdim ki, mənə Çindən balıq yemi ekstruderinin alınıb gətirilməsinə kömək etsin. Ətraflı izah etdim ki, iki devalvasiyadan sonra xaricdən balıq yemi çox baha başa gəlir, ona görə də bu sahə iflas etmək ərəfəsindədir. Əgər kiçik istehsal sexlərinin qurulmasına yardım edilərsə, həm sahə iflasdan qurtarar, həm də hər il külli miqdarda valyutanın xaricə axmasının qarşısı alınar.

Без названия (5)

H.Əsədov çox diqqətlə dinlədi, əlavə suallar verdi. Sonda da 20 faizinin mənim tərəfimdən ödənilməsi şərtilə təxminən 50 min dollarlıq avadanlığın Çindən alınıb-gətirilməsi barədə “Aqrolizinq” ASC-nin görüşdə iştirak edən sədr müavininə göstəriş verdi. Görüşdən dərhal sonra isə mən tədbiri izləyən telekanallara müsahibə verib, nazirə təşəkkür etdim. Lakin “Aqrolizinq”də məni 3 ay get-gələ saldıqdan sonra telekanallara müsahibədə təriflədiyim nazirin adından 15 faiz “otkat” istədilər. Mən razılaşmayanda isə nazirin onlarla adamın, o cümlədən jurnalistlərin qarşısında söz verməsinə baxmayaraq, müxtəlif bəhanələrlə pul ayırmaqdan imtina etdilər. Mən Heydər Əsədova məktub yazıb verdiyi sözü xatırlatsam da, heç bir xeyri olmadı. Əmin oldum ki, 15 faizlik “otkat” şərti həqiqətən də elə nazirin özü tərəfindən qoyulub”.

ASC-nin özü tərəfindən alınaraq fermerlərə təklif olunan texnikanı, avadanlıqları, gübrələri, damazlıq mal-qaranı, məhsuldar toxum sortlarını da güzəştli şərtlərlə əldə etmək pulsuz deyil. Bu da fermerlərin çoxunda “Aqrolizinq”lə əməkdaşlığa marağı azaldır.

Ona görə də, son illər dövlət bu sahəyə 100 milyonlarla manat vəsait ayırsa da (təkcə bu il üçün 160 milyon ayrılıb-müəl.), lazımı nəticə əldə olunmayıb. Dövlətin ayırdığı vəsait kimlərinsə varlanmasına xidmət edib. Məsələn, mətbuatda yayılan məlumatlara görə, “Aqrolizinq” ASC-nin xətti ilə fermerlərə təklif olunan təkcə bir növ avadanlıqdan – taxilsəpən aqreqatından sabiq nazir Heydər Əsədovun qardaşı 5 milyon qazanc əldə edib. 6100 manata alınan həmin aqreqatı “Aqrolizinq” ASC fermerlərə 9600 manata satıb. Belə faktlar kifayət qədərdi. Bu haqda mətbuatda yazıldığından təkrarlamaq istəmirik.

Ortaya çıxan nəticə budur ki,“Aqrolizinq” ASC-nin fəaliyyətində qeyri-şəffaflığı aradan qaldırmadan, qurumun rəhbərliyinə peşəkar və rüşvətdən uzaq şəxslər gətirilmədən, korrupsiyanın kökünü kəsmədən sahəni inkişaf etdirmək mümkün olmayacaq. “Aqrolizinq” sistemində korrupsiyanın kökünü kəsmək və fermerləri buna inandırmaq üçün həm də ictimai nəzarət təşkil edilməli, media və QHT-lər kənd təsərrüfatı texnikasının bölüşdürülməsi prosesinə buraxılmalıdırlar.

Kənd təsərrüfatı kreditləri 15 faizi “şapka” ilə verilir!

unibank_301015Üçüncüsü, kənd təsərrüfatı kreditlərinin və subsidiyaların verilməsi qaydaları dəyişdirilməlidir.Kreditləşmə kənd təsərrüfatının inkişafı üçün çox vacibdir.

Ancaq, əvvala bu kreditlər konkret layihələrə yönəldilməli, təyinatı üzrə xərclənməsinə çox ciddi nəzarət olunmalıdır. Aşağı faizlə kənd təsərrüfatı krediti götürənlərin bir çoxu bu vəsaiti əmlaka, tikintiyə, ticarətə yönəldiblər. Nəticədə həqiqətən kənd təsərrüfatı ilə məşğul olanlar maliyyə vəsaitləri əldə edə bilmir.

Digər tərəfdən də kənd təsərrüfatı kreditlərinin verilməsindəki “şapka” aradan qaldırılmalıdır. Hamıya məlumdur ki, bu kreditlərin 15 faizi “şapka” kimi geri alınır.Nəticədə dövlətin kənd təsərrüfatının inkişafına ayırdığı güzəştli kreditlər müəyyən səlahiyyət sahiblərinin varlanmasına xidmət edir.

Subsidiyalar korrupsiyanın “yeminə” çevrilir!

Eləcə də, subsidiyaların verilməsi mexanizmini dəyişmək lazımdır. Məsələ ondadır ki, Azərbaycanda əkin sahəsinə görə subsidiyalaşma kənd təsərrüfatı istehsalında ciddi kəmiyyət və keyfiyyət dəyişikliyinə gətirməyib. Ona görə də, fikrimizcə, ekspertlərin təklif etdiyi kimi, dövlətin dəstək verdiyi bütün növ bitkilər üzrə subsidiyalar əkin sahəsinə görə deyil, son məhsula görə verilməlidir. Subsidiyaların əkin sahəsinə görə verilməsi, sadəcə korrupsiya üçün şərait yaradır.

apk

Nazirlikdə bu sahəyə nəzarət edənlər işbazlarla əlaqəyə girərək, 1000 hektarlarla boş ərazini əkin sahəsi kimi qeydiyyata alaraq, subsidiya ayırırlar. Bir müddət sonra isə, olmayan əkin sahəsini ya quraqlıqdan, ya da təbii fəlakət nəticəsndə guya məhv olmuş kimi sənədləşdirirlər. Ayrılan pul isə bölüşdürülür.

Bir çox hallarda nazirliyin yerli idarələri kəndlərdəki icra nümayəndələri və bələdiyyə sədrləri ilə birləşərək bu saxtakarlığı həyata keçirirlər. Təbii ki, “yuxarıların” haqqını verməklə. Təsadüfi deyil ki, Kənd Təsərrüfatı Nazirliyinin internet saytında əkinlərə görə subsidiyaların verilməsinə dair cədvəllərə baxdıqda açıq görünür ki, hər kənddə ən çox subsidiya məhz icra nümayəndələri və bələdiyyə sədrlərinə verilir. Məhz buna görədir ki, 10 ildən yuxarıdır Azərbaycanda taxıl əkinlərinin sahəsinə görə istehsalçılara subsidiya ödənsə də, əkinlərin sahəsi az qala 1 milyon hektara çatsa da, ölkə ərzaq buğdasının böyük hissəsini xaricdən idxal edir. Hər il Rusiya və Qazaxıstandan təxminən 300 milyon dollarlıq buğda alınır.

Yəni, subsidiyalar gözlənilən nəticəni verməyib. Nəticədə dövlətin yenə kənd təsərrüfatının inkişafına ayırdığı vəsait müəyən şəxslərin cibinə axıb. Bunu aradan qaldırmaq üçün subsidiyaların verilmə mexanizmi dəyişilməli, şəffaflıq təmin edilməlidir.

İnam Kərimov ona olan inamı doğruldacaqmı?

resizer

Əlbəttə, ölkədə aqrar sektorun sürətli inkişafını təmin etmək üçün görülməsi zəruri olan işlər bunlarla yekunlaşmır. Ancaq kənd təsərrüfatında dönüş yaratmaq, necə deyərlər, sahəni “yerindən tərpətmək” üçün ilk növbədə bu 3 problemi həll etmək lazımdır. Bunun üçün müəyyən vaxt lazım olsa da, bəzi addımların atılmasını ləngitmək olmaz. Xüsusən kadrlarla bağlı qərarlar və vəsaitlərin paylanması mexanizmlərinin dəyişdirilməsi ən qısa müddətə həyata keçirilməlidir. Təcrübə göstərir ki, vaxtında atılmayan addımların səmərəsi də çox az olur.

İnam Kərimov nəzərə almalıdır ki, ASAN Xidmətin fəaliyətinə görə, onun nazir təyin edilməsi kənd təsərrüfatı istehsalçılarında, fermerlərdə qarşılaşdıqları problemlərin aradan qaldırılacağına müəyyən ümid, inam yaradıb. Müəyyən zəruri qərarları verərək, sadəcə onlara bu inamlarında yanılmadıqlarını göstərməklə, aqrar sektorda sıçrayışlı yüksəlişə nal olmaq olar. İnam Kərimov bunu bacaracaqmı, izləyib, görəcəyik!

İ.İsmayılbəyli
AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam