Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Heydər Əsədovla sabiq nazir arasında qovğa başlayıb

 

 

 

Heydər Əsədov ətrafını İsmət Abbasovun adamlarından təmizləmək istəyir, İsmət Abbasov isə əksinə, Kənd Təsərrüfatı Nazirliyində öz mövqelərini qorumaq üçün bütün imkanlarını səfərbər edib.
   "xeberinfo.com":Sabiq Kənd Təsərrüfatı naziri, hazırda Baş nazirin müavini vəzifəsində çalışan İsmət Abbasovla prezident seçkilərindən sonra formalaşan Nazir Kabinetində Kənd Təsərrüfatı naziri qovluğunu alan Heydər Əsədov arasında gərginlik yaşanır. Məlumatlı mənbənin verdiyi məlumata  görə gərginliyin əsas səbəbi İsmət Abbasovun Kənd Təsərrüfatı Nazirliyində öz mövqelərini qorumaq, Heydər Əsədovun isə əksinə, Kənd Təsərrüfatı Nazirliyini İsmət Abbasovun adamlarından təmizləmək istəyindən yaranıb.
Məlumatda o da qeyd olunur ki, İsmət Abbasovla Heydər Əsədovun arasında son münaqişə Respubilka Dövlət Toxumçuluq Müfəttişliyinin rəisi Mikayıl Zeynalovu vəzifəsindən çıxarmasından sonra yaşanıb. Qeyd edək ki, adı çəkilən müfəttişlik Kənd Təsərrüfat Nazirliyi içində böyük yeyinti yerlərindən biridir. Daxil olan məlumatda göstərilir ki, Dövlət Toxumçuluq Müfəttişliyində böyük maliyyə maxinasiyaları həyata keçirilib və İsmət Abbasovun dövründə bu qurumun rəhbərləri məhz nazirə arxalanaraq milyonluq maxinasiyalarda iştirak ediblər.
Bildirilir ki, bütün bunlarla bağlı Heydər Əsədov , Dövlət Toxumçuluq Müfəttişliyini yoxlatdıraraq külli miqdarda yeyinti aşkarlatdırıb. Maliyyə maxinasiyalarında iştirak edənvəzifəli şəxslərə qarşı sənədlər hazırlanıb və prokurorluğa göndərilmək üzrədir.
Baş verənlərdən ciddi narahatlıq keçirən keçmiş nazir İsmət Abbasov isə baş verən korrupsiya faktlarını keçmiş müavini Aslanov Aslanovun və müfəttişliyin keçmiş rəislərinin üstünə yıxmaq istəyir. Mənbə bildirir ki, İsmət Ababsov bu məsələdə başarılı ola bilsə, o zaman Aslan Aslanovla yanaşı bir çox şəxslərin həbsi gözlənilə bilər. Lakin İsmət Abbasovun əsas məqsədi Heyüdər Əsədovu durdurmaq və sənədlərin Baş prokurorluğa təqdim olunmasının qarşısını almaqdır.
Bundan başqa bildirilir ki, İsmət Abbasovun ən böyük baş bəlası “Aqrolizinq” ASC-də baş verən total mənimsəmələrdir. Ona görə də İsmət Abbasov bütün imkanlarını səfərbər edərək Heydər Əsədovun apardığı yoxlamaları durdurmağa çalışır. Buna nə qədər nail ola biləcəyi isə yaxın gələcəkdə məlum olacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam