Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Nazir keçmiş işçisini niyə vəzifədən ala bilmədi?

 

 

    Heydər Əsədov nazir təyinatı aldıqdan sonra Abbas Allahverdiyevi Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin direktoru vəzifəsindən kənarlaşdlrmaq üçün təşəbbüs edib

 

 

 

Heydər Əsədovun Kənd Təsərrüfatı naziri təyinatından sonra bir çoxları nazirin köhnə sələfi İsmət Abbasovun adamlarını təmizləyəcəyini ehtimal edirdi. 
   "xeberinfo.com": Amma hələki nazir kadr dəyişkliyində hər hansı bir sərt addımlar atmır.  Ancaq nazirin yaxın aylarda kadr dəyişikliyinə gedəcəyi ehtimal olunur.  Kənd Təsərrüfatı nazirliyindən əldə etdiyimiz  məlumata görə Heydər Əsədov ilk öncə vəzifəsindən çıxartmaq istədiyi şəxslərdən biri nazirliyin Kənd Təsərrüfatı Kreditləri üzrə  Dövlət Agentliyinin  direktoru Abbas Allahhverdiyev olduğu bildirilir. 
   Məlumata görə, Heydər Əsədovla Abbas Allahverdiyevin arasındakı ziddiyət hər iksinin Hesablama Palatasında işlədiyi dövrlərə gedib çıxır.  Belə ki, Hesablama Palatasının rəhbəri vəzifəsində olan Heydər Əsədov işçisi Abbas Allahverdiyevi işində yol verdiyi nöqsanlara görə qurumdan uzaqlaşdırıb. Abbas Allahverdiyev Hesablama Palatasından uzaqlaşdırılmasını qərəzli hesab edərək Heydər Əsədovu hər kəsin yanında açıq şəkildə tənqid edib və tərəflər bir birlərinə qarşı “ağır” kəlmələr işlədiblər.
Hesablama Palatasında işinə son verildikdən sonra Abbas Allahverdiyev keçmiş Kənd Təsərrüfatı Naziri İsmət Abbasovun köməkliyi ilə adı çəkilən nazirlikdə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib. İndi isə çərxi fələk yenidən hərlənib və Heydər Əsədov kənd təsərrüfatı naziri təyin eilidikdən sonra Abbas Alalhverdiyevin vəziyyəti yenidən gərginləşib.
Mənbə bildirir ki, Heydər Əsədov nazir olandan sonra nazirlikdəki bütün rəhbər şəxsləri qəbul edib ümumi məlumat alsa da, Abbas Allahevrdiyevi qəbul etməyib və Agentlik direktoruda nazirlə ünsiyyət qurmaq üçün təşəbbüs etməyib.
Mənbə qeyd edir ki, əslində Heydər Əsədov nazir təyinatı aldıqdan sonra Abbas Allahverdiyevi Kənd Təsərrüfatı Kreditləri üzrə  Dövlət Agentliyinin  direktoru vəzifəsindən kənarlaşdlrmaq üçün təşəbbüs edib. Ancaq hansısa qüvvə nazirin bu istəyinin qarşısını alıb və Heydər Əsədov Abbas Allahverdiyevi Kənd Təsərrüfatı Kreditləri üzrə  Dövlət Agentliyinin  direktoru vəzifəsindən uzaqlaşdırmaq fikrindən daşınıb.
Bunla belə nazirin Kənd Təsərrüfatı Kreditləri üzrə  Dövlət Agentliyinin  verdiyi kreditləri yoxlamaq haqqında qeyri-rəsmi tapşırıq verib.
Qeyd edək ki, kənd təsərrüfatının inkişafı üçün ayrılan dövlət kreditlərinin verilməsində böyük korrupsiya halları mövcuddur və Heydər Həsənovun Abbas Allahverdiyevə qarşı ciddi faktların tapması elə də çətin deyil.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam