Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SƏN KİMİN EVİSƏN, AZƏRBAYCAN?

SƏN KİMİN EVİSƏN, AZƏRBAYCAN?

 

Yenixeber.org:   Belarus prezidenti Lukaşenkonun bu yaxınlarda imzaladığı qanun - əhalinin məcburi qaydada əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı - cəmiyyətdə birmənalı qarşılanmayıb müəyyən müftəxor qrupların çağırış və kiçik aksiyalarına səbəb yaratsa da, bir dövlət başçısının xalqına verə biləcəyi çox böyük tövhədir. Savaş və qanla qazanılan dövlət müstəqilliyi qədər böyük...

Nə qədər çətin olsa belə etiraf etməliyik ki, yaşadığımız hal-hazırkı zaman və məkan kəsiyində böyük bir topluma “iş menyusu” təqdim etmək elə də sadə və asan məsələ deyil. Xüsusən həm Tanrının, həm təbiətin insanların məşğulluğunda heç bir məharət və mərhəmət nümunəsi göstərə bilmədiyi Azərstanda. İmam Hüseyn (ə.s) və Əzrayılın mollakünə və cüzvüoxuyanlara zaman-zaman yaratdığı şərait nə qədər istisnadırsa, azərstanlı məmurun insanlarla təbiiət arasında “qayırdığı” sərhəd bir o qədər absurddur. Xüsusən birilərinin digərlərinə ciddi-cəhdlə yedirtməyə çalışdığı mücərrəd və mənasız türkçülük, müsəlmançılıq, azərbaycançılıq ideyalarının tərs keçilər kimi buynuzlaşdığı adı tolerant, soyadı multukulturalizm olan avara-girinc cəmiyyətimizdə.   

Deyirəm ay həzarat, aid olduğumuz toplumun adını nə istəyirsiniz - türk, azəri, müslüm, gülüsüm - qoyun, fərq etməz! Qoyduğunuz adın özü də, dadı da sizlərin olsun. Sadəcə, yalan olsa belə bu milləti yaşamağa ümidləndirəcək, güldürəcək, yaxud yuxuya verəcək bir söz tapıb deyin. Axı alman filosofu İmmanuil Kantın fəlsəfəsinə görə: “Həyatın müxtəlif çətinliklərinə qarşı bu üç hədiyyə verilmişdir: ümid, yuxu və gülmək.”

Hərçəndi, nə qədər Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli, ƏƏSM naziri Səlim Müslümov,  dini rəhbər Şeyxülislam Paşazadədir - ümid rus ümidin, yəni nadejdanın qucağından çıxmayacaq. Yatmaqdansa söhbət etməsək yaxşıdı. Düz səhərdən axşama, axşamdan səhərə qədər sələmçi bankların, mebel salonlarının, ərzaq dükanlarının, icra məmurlarının, cücə satanların, qəssabların, işıq və qaz pulu yığanların, ölüyuyan və qəbirqazanların axtarışındayıq. Nə özləri yatırlar, nə başqalarını yatmağa qoyurlar. İllərlə yuxusuz qalan adamısa nəinki Rafael və Coşqun, heç Çarli Çaplin xortdayıb gələ, güldürə bilməz.

SƏN KİMİN EVİSƏN, AZƏRBAYCAN?

Hökumət “səndən hərəkət”, Allah “məndən bərəkət”, təbiiət “fəlakət” deyib yaxasını kənara çəkib. Bəs onda, hansı güc və qüvvə hələki adı bəlli olmayan şərti olaraq azəri adlandırdığımız bu topluma iş yerləri verəcək? Və nə zamandan verilən iş yerlərinin sayəsində ölkə sakinləri borclarını ödəmək, balabaşı saxlaya bilmək səadətinə qovuşmaqla gələcəkdəki pensiya təminatını nizamlayacaq?     

Ölkəmiz və millətimiz Milli Öndər Heydər Əliyevin qazandığı müqəddəs Dövlətçilik və Müstəqillik Savaşının millətimizə bəxş etdiyi müəyyən nəticələri itirmək üzrədir. Bu gün hökumətin aqrar, iqtisadi, sosial sahədə həyata keçirtdiyi və keçirtmək istədiyi islahatlar millətə və dövlətə qarşı qəsdin ilkin simpitomlarıdır. Baxmayaraq, güvənə biləcəyimiz  ordumuz, hüquq-mühafizə və xüsusu xidmət orqanlarımız, ASAN xidmətimiz, eyni zamanda xarici siyasətimiz vardır ki, Dövlət Başçısı bu sahələri birbaşa özü yönləndirir. Əgər güc və əzəmətini Heydər Əliyev dühasından bəhrələnən İlham Əliyev fenomeni olmasaydı, hal-hazırkı milli duruşumuzun vəziyyəti bəlli deyildi.   

Bu gün üzləşdiyimiz çətinliklərin ilk ağıla gələn izahı belədir: “Azərbaycan kişisini ailəsi, Azərbaycan Dövlətini milləti qarşısında aciz və rəzil duruma salanlar hər türlü milli təəssübkeşlikdən, Vətən və İnsanlıq duyğusundan kənar bir qrup nazir, icra başçısı və onların Milli Məclisdəki qul-beçələridir.”

Bəlli bir həqiqətdir ki, günü-gündən millətin vəziyyəti ağırlaşır. Dolanışıq xərcləri cəhənnəmə, hər gün haqlı-haqsız səbəblərdən cərimə, rüsum, xidmət haqqı, rüşvət adına ödəməyə zorlandığı maliyyə vəsaitini əldə edə bilməməsi onun həyatını iflic edir. Nəinki halal, heç haram gəlirlər də çatmır şərti olaraq azəri adlandırdığımız məmurların qarnını doyuzdurmağa.

Söz yox ki, müasir Dədə Qorqudlarımızın ad qoya bilmədiyi millətimiz Prezidentinə və 1-ci vitse-prezidentinə güvənərək xalqa qarşı haqsız davranışlar sərgiləyən nazir və başçıların əməllərinə, yalan-palan üzərində qurulmuş fəaliyyətlərinə dözür.  

O mənada ki, insanlar Prezidentin tələb etdiyi ictimai nəzarət və şikayət hüququndan yararlanmır. Bəziləri laqeyidlik xəstəliyinə tutulub, digərləri ictimai qınaqdan ehtiyyatlanaraq “işverən” adını qazanmaq istəmir. Elələri var, hökumətin müəllifi olduğu ağır şərtlər səbəbindən qanunsuz işlərə qurşanıb. Hansısa vəzifədə işləyən yaxınına görə səsini udmuşlar da kifayyət qədərdir. Və sair və ilaxır...

Bəlkə də bu üzdən özünü əvəzedilməz hesab edən dövlət məmuru dünən Fərhad Əliyevi, Əli İnsanovu, bu gün Eldar Mahmudovu, Əli Abbasovu, Cahangir Hacıyevi yaradan milli dözümlülük duyğusundan məharətlə yararlanır. Hətta o dərəcədə ki, Prezidentin şəxsi təşəbbüsü və tapşırığı ilə bölgələrdə şikayətçiləri qəbul etmək görəvlərini belə doğru-dürüst yerinə yetirməyə səy göstərmirlər. Mərkəzi İcra Hakimiyyəti orqanlarının rəhbərləri yerli icra qurumlarının tərtib etdiyi siyahılar əsasında “təyin edilmiş” 5-10 nəfərdən ibarət qruplarla “salam-sağ ol” mükaliməsindən sonra, 10-larla haqqı-hüququ tapdanmış şikayətçini qapı dışında saxlayıb, arxa qapılardan əkilirlər.

Yahu, nədən və hardan qaynaqlanır bu cür qalınqafa zehniyyat?! Nədən onlar, kimi və kimləri aldatdıqlarının fərqinə varmırlar?        

Görəsən, millətin adsız qalması səbəb ola bilərmi?

Yazının “DABAN”ı:

 “Vətən bir millətin evidir.” İndi mənə deyin: Qəzənfəri türk, Hüsaməsi azəri, Elnuru feto (yeni yaranmış millət), Novruzu kürd, Qurbanı müsəlman, Rəcəbi talış, Telmanı yəhudi, Bağırı erməni və sair olan bu Vətən hansımızın evidir?  

 

Hüsamə bin Sərxan (Hüsaməddin Əhmədov)

Cəlilabad rayonu, Qarazəncir kəndi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam