Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu il ƏƏSMN-in elektron xidmətlərinə 7 milyon dəfədən çox müraciət edilib

 

 

Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi(ƏƏSMN) tərəfindən həyata keçirilən sistem xarakterli islahatlar nazirliyin fəaliyyət sahələrinin avtomatlaşdırılmış infrastruktur əsasında formalaşmasına, əhalinin bu sahələr üzrə xidmətlərdən elektron qaydada, real vaxt rejimində, çevik və şəffaf şəkildə istifadəsinə şərait yaradıb

 

 

Yenixeber.org: Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, hazırda qurum tərəfindən 30-a yaxın elektron xidmət fəaliyyət göstərir ki, təkcə ötən ay bu e-xidmətlərə  keçən ilin sentyabr ayı ilə müqayisədə 20,7 faiz çox olmaqla 520 205 müraciət qeydə alınıb. Nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti yenə də nazirliyin ən çox istifadə olunan e-xidməti olub.  Sentyabr ayında bu e-xidmətə  212 161 dəfə müraciət edilib. Eləcə də əhali “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə 32 904 dəfə, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətinə isə 29 362 dəfə müraciət edib.


Ötən ay “İş yerinə dair arayış”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”,  “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi” və s. e-xidmətləri də daha çox müraciətin qeydə alındığı e-xidmətlər sırasında olublar. Həmçinin “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru”, “Pensiyaçıya məlumatın verilməsi” və digər e-xidmətlərə  sentyabr ayında da böyük ictimai maraq müşahidə edilib.

 


Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 7 milyon 6 min 738 müraciət qeydə alınıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam