Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Hacıqabulda hərbi xidmətdən yayınmağın "şərt"ləri - ARAŞDIRMA

 

Nurlan Abbasovun «şərt»lərilə razılaşmaqla həqiqi hərbi xidmətdən yayınmaq mümkündür

Xeberinfo.com:   Son zamanlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Hacıqabul rayon şöbəsində yaşanan xoşagəlməz olaylar övladları hərbi xidmət yaşına çatmış rayon sakinlərinin ciddi narazılığına səbəb olur. Belə ki, SHXÇDX-nin Hacıqabul rayon şöbəsinin rəisi Nurlan Abbasovun üzərinə düşən işi layiqincə icra edə bilmədiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, o, hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işini əməlli-başlı biznes fəaliyyətinə çevirib. Hazırda Hacıqabul rayonunda sağlam çağırışçıların müxtəlif yollarla ordudan yayındırılması hallarına kifayət qədər çox rast gəlindiyini iddia edən mənbənin sözlərinə görə, Nurlan Abbasovun rəhbərlik etdiyi şöbədə baş verən qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür: «Deyilənlərə görə, belə hallar yalnız Səfərbərlik Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi Nurlan Abbasovun razılığı ilə yarana bilər. Hər kəsə bəllidir ki, bu gün ölkədə rüşvət və korrupsiyaya qarşı çox ciddi mübarizə gedir. Lakin buna baxmayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi bəzi üsullarla gəlirlərini artırmağa nail olub. Adıçəkilən şöbənin digər səlahiyyətli əməkdaşları da bu istiqamətdə fəaliyyətlərini xeyli genişləndiriblər. Buna görə də Hacıqabul qeydiyyatında olan əksər şəxslər sağlam olduqları halda Nurlan Abbasovla dil taparaq həqiqi hərbi xidmətdən yayınmağı bacarırlar. Odur ki, hazırda Səfərbərlik Xidmətinin Hacıqabul rayon şöbəsində hərbi bilet əldə etmək, sağlam gənclərin həqiqi hərbi xidmətdən uzaqlaşdırılması o qədər də çətin məsələ deyil. Bunun üçün sadəcə irəli sürülən «şərt»lərlə razılaşmaq gərəkdir». Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, əgər aidiyyatı qurumlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsində son birtneçə çağırış zamanı nələrin olub-bitdiyini araşdırsalar, o zaman bəlli olacaq ki, Nurlan Abbasov 5-10 min manat qarşılığında sağlam gəncləri hərbi xidmətə getmədən hərbi biletlə təmin etdiyi halda, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən çağırışçıları ordu sıralarına cəlb edib: «Bu kimi məqamlar onu deməyə əsas verir ki, hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsində acınacaqlı vəziyyət hökm sürür. Belə ki, xidmət rəisi Nurlan Abbasov nöqsanlı əməllərə imza ataraq əhalinin ciddi narazılığına səbəb olur. Çünki hər çağırış dövrü Səfərbərlik Xidmətinin Hacıqabul rayon şöbəsində sanki bazar açılır».

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam