Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Əlillərin malına göz dikən dələduzlar məsuliyyətdən necə yayınır? -Sabunçuda

 

Xeberinfo.com:  Azerbaycaninfo.az-ın redaksiyasına Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.Nərimanov küçəsi ev 22A-da yaşayan Mirzəyeva Təranə tərəfindən şikayət məktubu daxil olmuşdur. 

Şikayətin mətnini olduğu kimi dərc edirik. 
Şikayətçi qeyd edir ki, iki əlil qardaşımın haqqı bir qrup dələduzlar tərəfindən pozulub. Atam illər öncə əlil övladlarına müalicəsi üçün və kimsəyə möhtac qalmasın deyə ( bir qardaşım tamamilə görmür) qızıl-ziynət əşyaları vermişdir. Qardaşlarımı mülicə etmək üçün qızılları satmaq qərarına gəldik. Bununla da başımıza bəla açdıq. Belə ki, Astara rayon sakini İlahə və yoldaşı kimi təqdim elədiyi Həsən(sonradan İlahənin bacısı ilə ailə qurur) və Naxçıvan sakini Sahib, yoldaşı Dilqənd qohumları Rəşad tərəfindən aldadılaraq qızıllar əlimizdən alınmış və mənimsənilmişdir. Qarşı tərəf pulu almaq istərkən bizi məmur qohumları ilə hədələmişdir. 05.03.2016-cı il tarixdən 59.000 min manat puldan bir manat belə ala bilməmişəm. Aidiyyatı üzrə Sabunçu rayon polis idarəsinə meraciət etmişəm. 30.08.2016-cı ildə şikayətim əsasında dələduzlara cinayət işi açılmış və yalnız İlahə polis tərəfindən saxlanılmışdır. Əsas dələduzlar İsə müstəntiq Muxtar Muxtarovun himayəsi sayəsində məsuliyyətdən yayındırılır. Həsən, İlahə də öz ifadələrində təsdiq edirlər ki, 83 qram , 330 qram qızılın Dilqəndə və onun həyat yoldaşı Sahibdə olmasını təsdiq edirlər. Bunlara baxmayaraq müstəntiq adlarını çəkdiyim adamlara qarşı istintaq hərəkətləri aparmır. Bu dələduz və cinayətkar dəstəni Sabunçu rayon polis idarəsinin müstəntiqi himayə edir. Həmçinin, İdarənin rəisi Eldar İlyasov və istintaq şöbəsinin rəisi Çingiz müəllim sözügedən müstəntiqə işin ədalətli aparılmasını dəfələrlə bildirsə də müstəntiq Muxtar Muxtarov bu göstərişlərə zərrə qədər əməl etməmişdir. Zərərçəkən, şikayətçi tərəf mən olduğum halda müstəntiqin qarşı tərəfi himayə etməsi, məndə şübhələr yaranmağa əsas yaradır. Hətta, bu işdə Sabunçu rayon 13-cü polis bölməsinin əməkdaşı Niyazinin də əlilnin olması haqqada müraciətimdə bildirmişəm. Nəticə yoxdur. Əlavə olaraq səs yazıları, sms-lər də dəlil kimi təqdim olunub. Müstəntiq bunları apardığı istintaq işində nəzərə almayıb. Çox hörmətli müstəntiq Muxtar Muxtarov nə Niyazinin nə də, Sahibin qohumu Rəşadın ifadəsini bu günə qədər almayıb. Mən üç uşaq anasıyam, iki əsgər böyüdürəm. Ölkəmizin prezidenti Cənab İlham Əliyevə müraciət edərək bildirirəm ki, əlil qardaşlarımın mülkünə, malına əl bulamış məmurların cəzalandırılmasına, dələduzların tutulmasına göstəriş versin. 
Təranə Mirzəyeva
Şikayətdə adları keçən insanlarla əlaqə yaratmağa çalışsaq da bu istiqamətdəki hərəkətlərimiz uğursuzluqla nəticələndi.(Ardı var)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam