Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Oğurladığı əşyaları satmaq istəyən şəxs tutuldu- Foto

Oğurladığı əşyaları satmaq istəyən şəxs tutuldu

 

Sabunçu rayonu Balaxanı qəsəbəsində çay evlərindən birindən oğurluq edən şəxs tutulub

 Yenixeber.org: Bu barədə obyekt sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi gecə saatlarında çay evinin qapılarının qırıldığını və oradan 2 ədəd “Sony playstation” kompyuteri, 1 ədəd skripka çalğı aləti və 3 ədəd suvenir qəlyan dəstinin oğurlandığını bildirib.

12-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Elşad Qasımov tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi çay evinin sahibini əvvəldən tanıdığını və gecə saatlarında orada heç kimin olmadığını bildiyi üçün oğurluq etdiyini bildirib.

E. Qasımov oğurladığı əşyaları satmaq üçün şəkilini çəkərək onlayn alış-veriş saytlarında yerləşdirib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam