Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Təranə Qumral həbs olunur? –AÇIQLAMA

Təranə Qumral həbs olunur? –

 

Müğənni Təranə Qumral azadlıqdan məhrum edilə bilər

 

Yenixeber.org: Bu sözləri açıqlamasında müğənni Nazəninin vəkili Heyrat Qarayev deyib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin 2 qətnaməsi mövcuddur: "Hər iki qətnamədə qeyd olunur ki, İbrahimova Təranə Xeyrulla qızı Salayeva Nazəninə 500 manat pul ödəməlidir. Bundan başqa, Nazənin xanımdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. 

Digər qətnamədə də göstərilir ki, cavabdeh şəxs, İbrahimova Təranə Nazənin xanımın həyat yoldaşı Məhəbbət bəyə 3 min manat təzminat ödəməli və onun barəsində dediyi fikirləri də təkzib etməlidir. İcra şöbəsində bu məhkəmə qətnaməsi icradadır. İcra məmuru ilə əlaqə saxladıq, həmçinin Ədliyyə Nazirliyinin rəhbərliyinə rəsmi müraciət olundu. İbrahimova Təranə məhkəmə qətnaməsindən yayınır. Ədliyyə Nazirliyi tərəfindən bu məsələ nəzarətə götürüldü. Qısa müddət ərzində 3500 manat pulun Nazənin xanım və onun həyat yoldaşı Məhəbbət bəyə ödənilməsi təmin edildi. Əlavə olaraq Təranə İbrahimova barəsində qanunamüvafiq ölçü götürüldü. 

O, açıq-aşkar icra şöbəsində izahat yazaraq məhkəmə qətnamələrini icraatından yayındığını bildirib. Yəni icra etməyəcəyini deyib. Və buna görə də o, əvvəl icra məmurunun qanun tələbini yerinə yetirmədiyinə görə inzibatı xətalar məcəlləsinin 528-ci maddəsinə əsasən 1000 manat cərimə edilib. Cərimə olunandan sonra icra məmuru tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, Təranə İbrahimova bu istiqamətdə heç bir addım atmayıb. Artıq bir neçə gün öncə icra şöbəsindən Təranə İbrahimovaya rəsmi qaydada müraciət olunub. Qısa müddətdə məhkəmə qətnaməsi üzrə tələbləri tam təmin etmədiyi halda onu cinayət məcəlləsinin 306-cı maddəsinə görə cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlər görüləcək. Bu maddədə göstərilir ki, həmin şəxs 3 il müddətində azadlıqdan məhrum edilə bilər".

Vəkil onu da əlavə edib ki, məhkəmə qərarına əsasən, Təranə Qumral ölkədən kənara çıxa bilməz: "Bir neçə gün öncə məhkəmənin qərarına görə, İbrahimova Təranə Xeyrulla qızının ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Nərimanov Rayon Məhkəməsində qərardad qəbul edilib. Bu qərar da zəruri idi.

Qeyd edək ki, T.Qumralla Nazənin arasında qalmaqal "ANAS"-ın "Bazar səhəri" verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala "Səni ərimlə tutdum" demişdi. T.Qumral isə Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi. Nazənin məhkəmə qərarı ilə həyat yoldaşının müğənni Təranə Qumralla yatdığını sübut etmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam