Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Evi olan evsiz dad çəkir:Binəqədi Rayon İcra Şöbəsindən

Evi olan evsiz dad çəkir:

 

 Yenixeber.org: Redaksiyamıza Bakı şəhəri, Binəqədi rayonu, Z.Qəmbərov küçəsi ev 3, mənzil 32 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, M. Adıgözəlov küçəsi ev 25-də kirayədə yaşayan Səmədov Hikmət Fətulla oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlandığı müraciətin surəti daxil olub. Müəllif  müraciətində evi olaraq evsiz qalmasından və  Binəqədi Rayon İcra Şöbəsinin məhkəmə qərarlarını icra etməkdən yayınmasından bəhs edir. Biz İcra Şöbəsi ilə əlaqə yaradıb, iddialara aydınlıq gətirmək istəsək də, cəhdlərimiz nəticəsiz oldu. Şöbə rəisi nazirliklə əlaqə yaratmağımızı təklif etdi(?) Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

“Hörmətli cənab Prezident! Mən artıq 42 ildir ki, Azərbaycan neft sənayesində işləyirəm. Bu illər ərzində müxtəlif məsul vəzifələrdə çalışmışam (usta, baş usta, baş mühəndis, mədən müdiri və s.). Artıq indi güzəştli şərtlərlə təqaüddəyəm.

Binəqədi rayon xalq deputatlar sovetinin icraiyyə komitəsinin 02.08.1994-cü il tarixli Qərarı əsasında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi ev 3, mənzil 32 ünvanında dörd otaqlı mənzil (altı nəfərdən ibarət olan ailə üzvlərinin olduğu üçün) mənə verilib.

Mənzil təmirsiz olduğu üçün orada təmir işlərinə başladım. İmkansızlıqdan təmir işləri çox uzandı. 2003-cü ildə öz evimə gəldikdə öz evimin qapısının qıfılının sındırıldığını və Kəlbəcər rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt olunduğunu gördüm. O gündən bu günə qədər onlar mənim mənzilimdə yaşayırlar. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli İş №(001) – 8275/15 saylı Bakı şəhəri Apellyasiya Məhkəməsinin İş № 2 (103) – 7909/15 saylı 01 dekabr 2015-ci il tarixli qətnamələrini (cavabdehlərin əşyaları ilə birlikdə zəbt etdikləri mənzildən çıxarılması barədə) Binəqədi Rayon İcra Şöbəsi yerinə yetirmir.

Cənab Prezident, bu mənzil mənə veriləndə mən 38 yaşlı bir gənc idim, indi isə 62 yaşında, ömrümün ahıllıq dövrünü yaşayıram. Evsizlik ucbatından ordu sıralarında sağlamlığını itirmiş, üç ildir nişanlı olan oğlumu evləndirə bilmirəm. Bu illər ərzində şübhəsiz ki, ailə üzvlərinin də sayı artıb. Bu evdə payı olan qızım Süleymanova (Səmədova) Xeyransa Hikmət qızı da dörd ailə üzvü ilə birlikdə kirayədə yaşayır. Bacım Səmədova Zümrüd də həyat yoldaşı ilə kirayədə qalır. Özüm, həyat yoldaşım, oğlum və ikinci qızım qardaşımın bir otaqlı mənzilinə sığınmışıq.

Cənab Prezident, bu mövzuda uzun illərdir ki, istər məcburi köçkünlərin işləri üzrə, istərsə də Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etdikdə demək olar ki, eyni cavabı alıram. Boş mənzil fondumuz yoxdur. Artıq mən də, həyat yoldaşım da ömrümüzün son illərini yaşayırıq. Mənzil məsələsinə görə əsəbdən uzun müddət ərzində özüm yüksək təzyiqli ürək-damar xəstəliyinə tutulmuşam, həyat yoldaşım isə II qrup əlil olaraq şəkərli diabetə düçar olub.

 

Cənab Prezident! Hamıya məlum olduğu kimi, Azərbaycan Konstitusiyasına əsasən məhkəmənin Hökm və Qətnaməni mütləq yerinə yetirməlidir. Onun qarşısını kimsə ala bilməz. Bu səpkili işlər Avropa Məhkəməsinə gedən kimi Azərbaycan hökuməti cərimə olunur. Dövlətimiz və onu idarə edənlər nüfuzdan düşürlər. Belə olan halda Binəqədi rayon icra şöbəsi niyə bizi Avropa Məhkəməsinə yönəldir?!" 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam