DÜŞÜNMƏYƏ VAXT AYIRIN!!!
Xeberinfo.com: Bilirsiz, insanın həyatda özü ilə bağlı bitkin nəyi varsa, mənəvi baxımdan hər şeyi itirmək gücünə malikdir. Bəzən elə ola bilər ki, cismani olaraq düşündüyünü həyata keçirə bilməyəndə ruhən özü ilə vidalaşa bilir. Belə sual yaranır:- Hansı səbəbdən insan belə vəziyyətə düşə bilər?... Döğrudan da maraqlıdır, qarşılaşmada ünsiyyətin hansı modeli insanı belə qərar verməyə vadar edir? Nədənsə belə duruma düşən biri öz acizliyini tamamilə düşünərək dərk edir və vəziyyətdən çıxış yolu olmadığını düşünür. Maraqlıdır ki, belə nəticəyə gələn insanın düşüncəsində ilk olaraq özü kiçilir və ani vəziyyətdə hər şey onun gözlərində nifrətə cevrilir, seviləsi, dəyərli nəyinsə olmadığı fikrinə gəlir. Biləndə ki, özü ilə bərabər sevdiklərini də atmaq çətindir, amma yenə fikrindən daşınmır. Bəs doğrudanmı, insan özünü özündən silib ata bilər?! Məsələyə həqiqətin gözü ilə baxsaq İnsanın özünə nifrəti doğrudan da dəhşətli haldır. Görəsən, İnsan hansı vicdana sahib olmalı, özünü nə qədər tənqid etməlidir ki, çəkdiklərindən dolayı öz ruhunu nifrəti ilə cəzalandırsın? Məncə hər insan belə edə bilməz... Məlum məsələdir ki, həyatın yolları enişli-yoxuşludur. Belə eniş-yoxuşlarda yıxılıb-duran insan hətta özü ilə baş-başa qalıb özü ilə savaşır, vəziyyətdən çıxış yolu olmadığını fikirləşir. Bu anlayışı düşüncəsinə hopduran insan zaman-zaman özünü su üzərində köpük kimi hiss edir və hər an yox olacağı anı gözləyir. Belə vəziyyətdə onun məhv olması kiçik bir bəhanəyə bənddir. Düşüncəmə görə həyatda insanı özünənifrətə təhrik etmək ən azı bağışlanmaz günahdır. Əslində bu mövzu çox geniş və əhatəlidir. Çox əyani yaşantılar var ki, məsələnin belə duruma gəlməyi faktlarla özünü biruzə verir. Deyərdim ki, İnsan yaşadığı müddətcə onun təfəkkür və idrakını zorlayaraq "zombiləşdirmək" olmaz! Qətiyyətlə deyə bilərəm ki, insan zəkasını özündən, öz təsirindən uzaqlaşdırmaq ən azı zalımlıqdır və bağışlanmazdır! Amma, təəssüflə qeyd edim ki, yaşadığımız mühit belə demir. Görəsən cəmiyyətimizi bürüyən bu bəla haqqında düşünən varmı? Nəzərinizə çatdırım ki, İnsanı özünənifrətdən uzaqlaşdırmaq, yenidən öz gözündə ucaltmaq və onu yenidən normal həyata qaytarmaq çox çətindir. Bəzən belə hallara psixoloqlar da kömək edə bilmirlər. Demək belə düşünməyə əsas var ki, insan öz-özünə təhrik edilərək nifrət edirsə, zamanında öz şəxsiyyətinə çox hörməti olub. Məlum məsələdir ki, özünə və şəxsiyyətinə dəyər verən insan ətrafını sevməyə bilməz. Gəlin unutmayaq,- elə bir an yaranar ki, sevgi ilə bərabər, istər özünə olsun, istərsə də ətrafına, ünsiyyətin modelindən asılı olaraq insanda güclü nifrət yarana bilər. Çünki aksiomadır ki, sevginin qarşılığı NİFRƏTDİR. Sizlərə səslənirəm doğma insanlar, əziz insanlar, ünsiyyət etdiyiniz, sevdiyiniz insanı özünənifrətdən qoruyun!!! Onsuz da insan və insanlıq hissləri zorlanaraq zombiləşdiyindən, insanların maddi və mənəvi rifah halının aşağı olduğundan ruhən ölgün vəziyyətdədir. Bu qəbildən ictimaiyyət arasında hər an bu və ya digər xoşagəlməz hadisələrin baş verməsi qaçılmazdı.
P.S.Bəlkə diqqət edək:-Yazdığımdan dolayı nədən insanlar çıxış yolu tapmayanda ən bağışlanmaz yolu,- intiharı seçirlər? Bu gün sözügedən durum çox aktualdır. İnsanların halı, durumundan asılı olmayaraq məni acıtdığı üçün belə mövzuya baş vurmağa vadar etdi. Amma bir məsələyə təəssüf edirəm ki, cəmiyyətimizdə belə duruma hətta güclü iradəyə sahib olan insanlar da düşürlər. Onlar ağıl və düşncələrinin əlində sanki bir oyuncağa çevrilirlər. Guman edirəm yazdığım sizləri də düşündürər.........
Təranə Nazimqızı