Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qəsr” Masazırda kütləvi narazılıq yaradır

 

Xeberinfo.com: Redaksiyamızın elektron poçtuna bir qurup Masazır sakininin şikayəti əsasında Vamiq Şükürovun müraciəti daxil olub.Vamiq Şükürov müraciətində  “Qəsr” Mənzil-Tikinti Kooperativinin apardığı tikinti kompleksinin sakinlərə təhlükə yaratdığını qeyd edir.

 

 

Həmin müraciəti olduğu kimi dərc edirik :

"Biz Masazır kəndinin köklü sakinləriyik və kəndin mərkəzində həyət evlərində yaşayırıq. “Qəsr” Mənzil-Tikinti Kooperativi 2014-cü ildən Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində Əliağa Vahid heykəlinin qarşısında yolun kənarında ətrafı kənd yaşayış sahələri ilə əhatələnmiş təxminən 0.60 ha torpaq sahəsində hündür mərtəbəli yaşayış kompleksi tikir. Tikinti işləri bizim təhlükəsizlik, sağlamlıq və mühafizəmiz üçün ciddi risklər yaradır.

 

Belə ki, binanın yaşayış sahələrinə yaxın, bir neçə qonşu ilə isə bitişik tikilməsi ən böyük təhlükə mənbəyidir. Külək əsən zaman istifadə olunan tikinti materiallarının tozu və qırıntıları həyətlərimizə tökülür, küləkli havada pompa nasosu ilə beton vurarkən sementlli məhlul evimizin pəncərlərini çirkləndirir.

 

Görülən işlərin səsi-küyü evimizin içində belə bizi narahat edir. İstirahət günlərində gecələr də daxil olmaqla tikinti işləri aparılır və həmin günlərdə də səs-küy arası kəsilmədən davam edir.

 

Tikinti işlərinin aparılması zamanı tikilməkdə olan binadan həyətlərimizə təhlükə yaradan tikinti materialları, ləvazimatları düşür. Mərtəbələr ucaldıqca hər an binadan başımıza tikinti materialı, daş-kəsək, xətər yetirən digər əşyalar düşə bilər. Həmçinin küləkli havada bu risk daha da artır.

 

Məlumat üçün bildirim ki, aparılan tikinti işləri zaman iri texnikiların evlərimizə gələn dar yolun üzərində dayanmaları hərəkəti məhdudlaşdırır. Məsələn, avtomobillə evdən çıxan və evə gələn zaman beton tökən maşınların yolu kəsməsi ilə əlaqədar olaraq dəfələrlə hərəkət dayanmış və avtomobili qoyub evə piyada getməyə və ya evdən piyada çıxmağa məcbur qalmışıq. Tikinti işlərini aparmaq üçün istifadə olunan maşın-mexanizmlərin dayanması üçün yerlər nəzərdə tutulmamışdır.

 

Masazırda kanalizasiya sistemi olmadığına görə onlar kanalizasiya borularını kəndin kustar üsullu kanalizasiyasına birləşdiriblər. Üstü açıq kanalizasiyaya birləşdirilən 3 binanın kanalizasiyası kəndin ekoloji durumuna çox ciddi təsir göstərmiş olacaq. Ən pisi isə budur ki həmin kanalizasiya suları Masazır duz gölünə axıdılır. Bu isə dövlət səviyyəsində mühafizə olunan Masazır duz gölünün çirkaba məruz qalması deməkdir.

 

14 mərtəbəli binanın fasadı şimal küləyinə (xəzri) qarşı tikildiyinə görə küləyin istiqaməti dəyişib yaxın həyətlərə böyük təzyiqli dağıdıcı qüvvəyə malik hava axını yönəldir və fəsadlar törədir.

 

Bu müddət ərzində tərəfimizdən tikinti şirkətinə inşaat işlərinin şəhərsalma və tikinti qaydalarına əməl etməklə aparılması barədə dəfələrlə şifahi şəkildə narazılıqlar və şikayətlər bildirilmişdir.

 

Bildiyiniz ki, Abşeron yarımadasının su ilə təminatında müstəsna rol oynayan Şollar su kəməri Masazır kəndindən keçir. Mövcud tikinti normalarına əsasən iri su kəmərlərinin üzərində tikinti işləri aparıla bilməz. BÜTÜN BU PROBLEMLƏRDƏN TƏHLÜKƏLİSİ İSƏ BİNALARIN ŞOLLAR SU KƏMƏRİNİN ÜZƏRİNDƏ TİKİLMƏSİDİR. Əldə etdiyimiz dəqiq məlumata görə tikinti aparılan zaman kəmər zədələnib. Hətta binanın altından su sızır. Vəziyyət çox kritik həddə çatıb. Hər an kəmərdə fövqəlada hadisə baş verə bilər. Bu isə Bakı şəhərinin su təminatında böyük problemlər yarada bilər".

 

Redaksiyadan:  Qarşı tərəfi də dinləməyə hazırıq

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam